Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
| « | Jul;yul 2010 | » |
| B.e. |
Ç.a. |
Çə. |
C.a. |
Cü. |
Şə |
Ba |
| | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | |
|
|
|
 |
(1 07 2010) | Baxılıb: 75 | |
 |
|
| |
İlham İsmayılov: "İlk növbədə Dağlıq Qarabağ probleminin həllinə çalışmalıyıq"
"Konqresin Türkiyədən olan iştirakçıları onu da etiraf etdilər ki, Naxçıvan toplantısı bundan əvvəl keçirilən tədbirlərdən ən önəmlisi oldu"
Bu günlərdə Naxçıvan Muxtar Respublikası daha bir beynəlxalq tədbirə evsahiblik etdi."Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi, eləcə də Türkiyə Qastroentoloji Dərnəyi və Türkiyə Qastroentoloji Vəqfinin birgə təşkilatçılığı ilə Muxtar Respublikada akademik tibb toplantısı və tarix konqresi keçirildi. İyunun 28-30-u tarixlərində keçirilən toplantılar barədə məlumat verən "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov toplantıların keçirilmə zərurəti, onların əhəmiyyəti, eləcə də rəhbərlik etdiyi qurumun gələcək fəaliyyət istiqamətləri barədə dlanışıb. Ətraflı
|
|
|
|
|
|
|
 |
(1 07 2010) | Baxılıb: 132 | |
 |
|
| |
 | Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2-3 oktyabr 2009-cu ildə Naxçıvan MR-də keçirilən Türkdilli Dövlətlərin başçılarının zirvə toplantısında qəbul edilmiş tarixi qərarların həyata keçirilməsi istiqamətində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bir sıra tədbirlər planlaşdırmışdır. Bu tədbirlərdən biri də 26-30 iyun 2010-cu il tarixində Naxçıvanda Türk dünyası həkimlərinin və ziyalıların iştirakı ilə gerçəkləşdi. 28 iyun 2010-cu il tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türk Gastroenteroloji Vakfının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Duzdağ” otelində Türkiyə və Azərbaycan həkimlərinin iştirakı ilə Gastroenteroloji ve Hepatoloji Konfrans keçirildi. | Ətraflı
|
|
|
|
|
|
|
 |
(16 06 2010) | Baxılıb: 72 | |
 |
|
| |
 Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Xocavənd rayonunda İcra Hakimiyyətilə birgə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbir iştirakçılarını salamlayaraq, Qurtuluş günü münasibətiylə qonaqları təbrik etdi. E.Hüseynov bildirdi ki, 1988-1993-cü illərdə ölkəmizdə baş alıb gedən xaos və anarxiyaya 15 iyunda Ümummilli liderimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra son qoyuldu və ölkəmizdə hər sahədə quruculuq işləri başladı. Ətraflı
|
|
|
|
|
|
|
 |
(3 06 2010) | Baxılıb: 48 | |
 |
|
| |
Qəzza şəhərinə humanitar yük daşıyan gəmi karvanına edilən basqınla əlaqədar Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Bəyanatı Bu ilin may ayının 31-də Qəzzaya – humanitar fəlakət zonasında mərhumiyyətlərdən əziyyət çəkən mülki əhaliyə yardım aparan gəmi karvanına İsrailin hərbi qüvvələri tərəfindən silahlı basqın edilmişdir. Müxtəlif dövlətlərin, o cümlədən Türkiyə Cumhuriyyətinin vətəndaşlarından ibarət «Mavi Mərmərə» gəmisinin sərnişinləri və heyəti qeyri-insani münasibətlərə, zorakılığa məruz qalmışlar. İsrailin ərazi sularından xeyli kənarda, neytral zonada törədilən cinayət nəticəsində xeyli dinc insan qətlə yetirilmiş və yaralanmışdır. Ətraflı
|
|
|
|
|
|
|
 |
(2 06 2010) | Baxılıb: 111 | |
 |
|
| |
May ayının 27-31-də Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov və geniş tərkibli nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Keçiörən bələdiyyə başkanı Mustafa AKla görüşən nümayəndə heyəti Azərbaycan-Türkiyə arasındakı münasibətləri bir daha müzakirə etdilər. Mustafa AK ATXƏM-in Türk dünyasında həyata keçirdiyi layihələrə böyük önəm verdiyini qeyd edərək, gələcəkdə belə layihələrin həyata keçirilməsində Ankaranın ən böyük bələdiyyəsi olan Keçiörən bələdiyyəsilə də ortaq layihələrin gerçəkləşə biləcəyinə diqqət çəkdi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(1 06 2010) | Baxılıb: 92 | |
 |
|
| |
 May ayının 28-də Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov və geniş tərkibli nümayəndə heyəti 28 may – Respublika günü münasibətiylə Azərbaycanın Türkiyə Cümhuriyyətindəki böyükelçiliyinin düzənlədiyi rəsmi ziyafətə qatıldılar. Rəsmi ziyafətdə Türkiyə Cümhuriyyətinin rəsmiləriylə yanaşı, Türkiyə Cümhuriyyətinin eski Cümhurbaşkanı Süleyman Dəmirəl, millət vəkilləri, Türkiyədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri və sivil toplum kuruluşlarının nümayəndələri də iştirak edirdi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(20 05 2010) | Baxılıb: 128 | |
 |
|
| |
 Mayın 15-də Azərbaycanda Atatürk Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın - ("Turkic World Mathematics Society Journal of Pure and Applied Mathematics") nəşr olunmuş birinci nömrəsinin təqdimatı keçirilmişdir. Jurnal Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəyi ilə nəşr olunmuşdur. Xatırladaq ki, Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunmuşdur. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir. Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), növbəti konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), üçüncü konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilmişdir. Almatıda keçirilən konqresdə jurnalın təsisi haqqında qərar qəbul olunmuşdur. Jurnalın nəşri Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna həvalə edilmişdir. Ətraflı
|
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|