Sədr
 
İsmayılov İlham Surxay oğlu ATXƏM-in təsisiçisi və sədri
1960-cı il may ayının 1-də Salyan rayonunun Qaraçala qəsəbəsində, 1948-1953-cü illər repressiyalar zamanı Qərbi Azərbaycandan deportasiya olunmuş ziyalı ailəsində anadan olmuşdur.
1977-ci ildə Qaraçala qəsəbə orta məktəbini bitirmişdir.
1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirmişdir.
1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1978-ci ildən Salyan rayonu, Qaraçala qəsəbəsində fəhləlikdən başlayaraq Salyan rayon İcra Hakimiyyəti başçısının müavini – Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi vəzifəsinədək yüksəlmişdir.
1994-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Pambıq Emalı və Satış İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.
1998-ci ildən bu günədək “Klassik-A.İ.”şirkətinin baş direktoru vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.

 
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi