Türk dünyasının problemlərinin birgə həllinə nail olmaq istəyiriksə…
(1 07 2010) | Baxılıb: 119 |
 
İlham İsmayılov: "İlk növbədə Dağlıq Qarabağ probleminin həllinə çalışmalıyıq"

"Konqresin Türkiyədən olan iştirakçıları onu da etiraf etdilər ki, Naxçıvan toplantısı bundan əvvəl keçirilən tədbirlərdən ən önəmlisi oldu"


ilham_ismayilov_mus.jpg (198.64 Kb)Bu günlərdə Naxçıvan Muxtar Respublikası daha bir beynəlxalq tədbirə evsahiblik etdi."Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi, eləcə də Türkiyə Qastroentoloji Dərnəyi və Türkiyə Qastroentoloji Vəqfinin birgə təşkilatçılığı ilə Muxtar Respublikada akademik tibb toplantısı və tarix konqresi keçirildi. İyunun 28-30-u tarixlərində keçirilən toplantılar barədə məlumat verən "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov toplantıların keçirilmə zərurəti, onların əhəmiyyəti, eləcə də rəhbərlik etdiyi qurumun gələcək fəaliyyət istiqamətləri barədə dlanışıb.   Ətraflı

 
  ATXƏM-in dəstəyilə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı" nəşr olundu
(20 05 2010) | Baxılıb: 162 |
 
dsc06038k.jpg (164.85 Kb)dsc06040k.jpg (154.33 Kb)Mayın 15-də Azərbaycanda Atatürk Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın - ("Turkic World Mathematics Society Journal of Pure and Applied Mathematics") nəşr olunmuş birinci nömrəsinin təqdimatı keçirilmişdir. Jurnal Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəyi ilə nəşr olunmuşdur.
Xatırladaq ki, Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunmuşdur. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir.
Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), növbəti konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), üçüncü konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilmişdir.
Almatıda keçirilən konqresdə jurnalın təsisi haqqında qərar qəbul olunmuşdur. Jurnalın nəşri Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna həvalə edilmişdir.   Ətraflı

 
  Birlik jurnalının 6-cı sayı nəşr olundu
(6 05 2010) | Baxılıb: 120 |
 
picture_011k.jpg (1.24 Mb)picture_010k.jpg (1.06 Mb)Jurnalın 6-cı sayında Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq” başlığı ilə son çıxışlarına geniş yer verilib. “Sərhəd açılımında bölgə iddiaları”, TürkSAM başkanı Sinan Oğanın “Ermənistanı “Doğru” anlamaq” yazısında və TADEV başkanı Bilal Dündarın müsahibəsində Dağlıq Qarabağ problemi Türkiyə-Ermənistan protokolları fonunda analiz edilib.
Türkdilli dövlətlərin iqtisadi gələcəyinə həmişə diqqət ayıran jurnalda Beynəlxalq Valyuta Fondunun ekspertlərinin Türk dövlətləri iqtisadiyyatı ilə bağlı analizləri və proqnozları şərh olunub.
Jurnalın bu sayında ATXƏM sədri İlham İsmayılovun 50 illik yubileyinə də xüsusi önəm verilərək, onun həyat və fəaliyyəti, ATXƏM-in gördüyü işlər ətraflı işıqlandırılıb.   Ətraflı

 
  Dünya Axıska Türkləri Cəmiyyəti rəhbərliyi ATXƏM-də oldu
(16 04 2010) | Baxılıb: 109 |
 
dsc01910k.jpg (178.69 Kb)dsc01913k.jpg (201.1 Kb)Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyəddin Həsənovun rəhbərliyilə Azərbaycanda səfərdə olan böyük bir nümayəndə heyəti aprelin 15-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonagı oldu.
ATXƏM sədri İlham İsmayılov qonaqlara Mərkəzlə bağlı geniş məlumat verdi, həyata keçirilən beynəlxalq layihələrdə birgə əməkdaşlığın vacibliyini vurğuladı.
Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyəddin Həsənov da ATXƏM-lə tanışlıqdan məmnun olduğunu bildirərək, Türk birliyi yönündə fəaliyyət göstərən təşkilatların əlaqələrinin yaradılmasının vacib olduğunu bildirdi: “Bu gün bütün Türk dünyası üçün yaradılmış bir erməni problemi mövcuddur. Bizə qarşı əsassız ittihamlar səsləndirilərək, hər zaman təzyiq altında saxlamağa cəhd göstərilir. Ona görə də bütün Türk dünyası bu vəziyyətdən yalnız birləşərək çıxa bilərlər. Bizim də üzərimizə düşən əsas vəzifə Türk ictimai fikrini vahid bir mövqeyə gətirmək, bütün türk təşkilatlarının əməkdaşlığına nail olmaqdır. Bunun üçün birgə layihələr həyata keçirməli, əməkdaşlıq şəraitində işlərimizi davam etdirməliyik”.   Ətraflı

 
  Strasburq Universiteti Türkoloji departamentinin rəhbəri Stephane de Tapia ATXƏM-də oldu
(8 04 2010) | Baxılıb: 109 |
 
dsc01831_copy.jpg (376.97 Kb)Aprelin 5-dən Azərbaycan Slavyan Universitetinin dəvətiylə Bakıda olan Strasburq Universitetinin Elmi Araşdırmalar Mərkəzinin müfəttişi, Türkoloji departamentinin rəhbəri Stephane de Tapia bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) görüş keçirdi. Görüşdə Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni iştirak edirdi.   Ətraflı

 
  AŞ PA prezidenti ATXƏM sədrinə məktub göndərib
(16 03 2010) | Baxılıb: 127 |
 
movlud_cavushoglu.jpg (32 Kb)
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) ötən ay Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluya göndərdiyi məktuba AŞ PA prezidentinden reaksiya gəlib.
Qeyd edək ki, ATXƏM-in AŞ PA prezidentinə unvanladığı məktubda Türkiyə Cumhuriyyətinin AŞ PA-ya rəhbərliyi dönəmində insan hüquqları və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin bərqərar olunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə dəstəyin artırılmasına inam ifadə olunmuşdur.   Ətraflı

 
  "Türkmənistan və Özbəkistanı da TürkPA-da görəcəyik"
(11 03 2010) | Baxılıb: 107 |
 
logo.jpeg (6.31 Kb)
ilhamismailovofis.jpg (137 Kb)
İlham İsmayılov: "Mehmet Əli Şahin bu dövlətlərin quruma cəlb olunmasına səy göstərəcəklərini bildirib"

Bu gün türkdilli ölkələr arasında milli birliyin möhkəmləndirilməsində, xalqlar arasındakı münasibətlərin qardaşlıq zəmininə keçməsində ictimai təşkilatların rolu böyükdür. Bu məqsədlə Türkdilli Ölkələrin Parlament Assambleyası da yaradılıb. Bununla belə, Orta Asiyada yerləşən türk respublikalarında milli məsələlərlə bağlı problemlərin olduğu bildirilir.

Bu və digər məsələlərə "Həftə içi"nə müsahibəsində Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov aydınlıq gətirdi.

- Son bir neçə ilə nəzər salsaq, istər 2006-cı ilin sentyabrında Antalyada keçirilən türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, istərsə də 2007-ci ilin dekabrında Bakıda keçirilmiş türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dövlətləri arasında birliyin və qarşılıqlı anlaşmanın əldə olunmasına təkan verib. Məhz bu qurultaylarda əldə edilən nəticələrin davamı idi ki, yola saldığımız 2009-cu ildə də bu proses daha da sürətlənib, türk birliyi yolunda atılan addımların reallaşdığı bir il olub. Belə ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci sammitinin sentyabr ayında Bakıda keçirilməsi və Türk dili ölkələrin Parlament Assambleyasının baş katibliyinin Bakıda yerləşməsi, daha sonra 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü ölkəmizin Türkiyə və Orta Asiyanın türkdilli ölkələriylə münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından çox mühüm addım olub. Bu zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin, eyni zamanda yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ideyası da türk dövlətlərinin birliyinin vacibliyini bir daha təsdiq edib. Bütün bu tədbirlərin isə Azərbaycanda keçirilməsi, təbii ki, ölkəmizin türk dünyası üçün yalnız iqtisadi deyil, eyni zamanda bir düşüncə mərkəzinə çevrildiyini də sübut edir.   Ətraflı

 
  ATXƏM sədri İlham İsmayılov AŞ PA prezidentinə təbrik məktubu göndərib
(2 02 2010) | Baxılıb: 161 |
 
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluya təbrik məktubu göndərib.
avropa_surasi.jpg (429.92 Kb)
Məktubda deyilir: “Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk plenar iclasında qurumun prezidenti postuna seçilməyiniz bizdə qürur və iftixar hissi doğurmuşdur. Avropa Şurası Parlament Assambleyası ilə ölkəmiz arasında münasibətlərə və əməkdaşlığa xüsusi əhəmiyyət verərək, bu mötəbər qurumla əməkdaşlığın ölkəmizin Avropa Birliyinə inteqrasiya olunmasında xüsusi rol oynadığını dərk edirik. İnanırıq ki, dünyada sülh və barışdan yana olan qardaş Türkiyə Cumhuriyyətinin AŞ PA-ya rəhbərliyi dönəmində insan hüquqları və azadlıqların təmin olunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin bərqarar olunması daha da möhkəmlənəcəkdir. Yola saldığımız 2009-cu il Türkdilli dövlətlər üçün birlik və dinamik iqtisadi inkişaf ili kimi tarixə keçdi. Ümid edirik ki, yenicə qədəm qoyduğumuz 2010-cu ildə də bu uğurlar davam edəcək, dost, qardaş Türkiyə Cumhuriyyəti aparıcı dünya dövlətləri içərisində öz layiqli yerini tutacaqdır.   Ətraflı

 
  [1] 2  sonra »
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi