Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
| « | Sentyabr 2010 | » |
| B.e. |
Ç.a. |
Çə. |
C.a. |
Cü. |
Şə |
Ba |
| | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
|
|
 |
(11 08 2010) | Baxılıb: 91 | |
 |
|
| |
 11 avqust 2010-cu il tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) nizamnaməsinin 6.9 bəndi və ATXƏM İdarə Heyətinin 06 avqust 2010-cu ildə keçirilmiş iclasında qəbul olunmuş qərarlara əsasən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Orta Asiyada (Mərkəzi qərargahı Özbəkstan Respublikasının paytaxtı Daşkənd şəhəri olmaqla) nümayəndəliyi yaradıldı. Nümayəndəliyin rəhbəri 8 ilə yaxın Özbəkstan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiyasının sədri olmuş Ağatalıbov Akif Ənvər oğlu təyin edildi. Akif Ağatalıbov ATXƏM-in Özbəkstanda rəsmi nümayəndəsi olmaqla yanaşı, həm də təşkilatın Orta Asiya üzrə koordinatorluğunu həyata keçirəcək. Qeyd edək ki, sentyabrın 26-da Özbəkstan Respublikasının paytaxtı Daşkənt şəhərində ATXƏM-in Orta Asiya üzrə nümayəndəliyinin mərkəzi ofisinin açılış mərasimi keçiriləcəkdir.
ATXƏM-in Mətbuat xidməti Ətraflı
|
|
|
|
|
|
|
 |
(1 07 2010) | Baxılıb: 198 | |
 |
|
| |
 | Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2-3 oktyabr 2009-cu ildə Naxçıvan MR-də keçirilən Türkdilli Dövlətlərin başçılarının zirvə toplantısında qəbul edilmiş tarixi qərarların həyata keçirilməsi istiqamətində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bir sıra tədbirlər planlaşdırmışdır. Bu tədbirlərdən biri də 26-30 iyun 2010-cu il tarixində Naxçıvanda Türk dünyası həkimlərinin və ziyalıların iştirakı ilə gerçəkləşdi. 28 iyun 2010-cu il tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türk Gastroenteroloji Vakfının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Duzdağ” otelində Türkiyə və Azərbaycan həkimlərinin iştirakı ilə Gastroenteroloji ve Hepatoloji Konfrans keçirildi. | Ətraflı
|
|
|
|
|
|
|
 |
(16 06 2010) | Baxılıb: 103 | |
 |
|
| |
 Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Xocavənd rayonunda İcra Hakimiyyətilə birgə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbir iştirakçılarını salamlayaraq, Qurtuluş günü münasibətiylə qonaqları təbrik etdi. E.Hüseynov bildirdi ki, 1988-1993-cü illərdə ölkəmizdə baş alıb gedən xaos və anarxiyaya 15 iyunda Ümummilli liderimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra son qoyuldu və ölkəmizdə hər sahədə quruculuq işləri başladı. Ətraflı
|
|
|
|
|
|
|
 |
(2 06 2010) | Baxılıb: 139 | |
 |
|
| |
May ayının 27-31-də Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov və geniş tərkibli nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Keçiörən bələdiyyə başkanı Mustafa AKla görüşən nümayəndə heyəti Azərbaycan-Türkiyə arasındakı münasibətləri bir daha müzakirə etdilər. Mustafa AK ATXƏM-in Türk dünyasında həyata keçirdiyi layihələrə böyük önəm verdiyini qeyd edərək, gələcəkdə belə layihələrin həyata keçirilməsində Ankaranın ən böyük bələdiyyəsi olan Keçiörən bələdiyyəsilə də ortaq layihələrin gerçəkləşə biləcəyinə diqqət çəkdi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(1 06 2010) | Baxılıb: 131 | |
 |
|
| |
 May ayının 28-də Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov və geniş tərkibli nümayəndə heyəti 28 may – Respublika günü münasibətiylə Azərbaycanın Türkiyə Cümhuriyyətindəki böyükelçiliyinin düzənlədiyi rəsmi ziyafətə qatıldılar. Rəsmi ziyafətdə Türkiyə Cümhuriyyətinin rəsmiləriylə yanaşı, Türkiyə Cümhuriyyətinin eski Cümhurbaşkanı Süleyman Dəmirəl, millət vəkilləri, Türkiyədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri və sivil toplum kuruluşlarının nümayəndələri də iştirak edirdi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(17 05 2010) | Baxılıb: 175 | |
 |
|
| |
  
Mayın 14-də Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə “Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçirildi. Dərbəndin qədim məkanlarından biri olan “Maqal”da yerləşən 3 saylı şəhər gimnaziyasının konfrans zalında keçirilən tədbirdə çıxış edən Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin sədri Seyran Rəhimov konfransın keçirilməsi ilə bağlı məlumat verdi, tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilatçıların xüsusi fəallıq göstərdiyini bildirdi.Konfransda Dərbənd şəhəri merinin səlahiyyətlərini icra edən İmam Yarəliyev çıxış edərək, konfransın keçirilməsinin şəhərin ictimai həyatında mühüm hadisə olduğunu vurğuladı və Dərbəndin qədim tarixinin öyrənilməsi, gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söylədi. | Ətraflı
|
|
|
|
|
|
|
 |
(17 05 2010) | Baxılıb: 125 | |
 |
|
| |
 Mayın 1-7-də “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin təşkilatçılığı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəstəyilə Ulu öndər Heydər Əliyevin 87 illik yubileyinə həsr olunan kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turniri keçirildi. Turnirdə 19 komanda 4 qrupda mübarizə aparırdı. Bir həftə ərzində davam edən gərgin mübarizə şəratində keçən, qəzet və televiziyaların qatıldığı turnirdə rəqabət o qədər güclü idi ki, birdən-birə bir neçə komanda qalib olmağa real namizəd sayılırdı. Ətraflı
|
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|