Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
| « | Sentyabr 2010 | » |
| B.e. |
Ç.a. |
Çə. |
C.a. |
Cü. |
Şə |
Ba |
| | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
 |
ATXƏM sədri MQF-nin prezidentini təbrik etdi |
 |
|
|
|
| |
 Milli QHT Forumunun prezidenti Rauf Zeyninin 50 yaşı tamam oldu. Bu münasibətlə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov MQF-nin mərkəzi ofisində yubilyarı təbrik etmişdir. Təbrik məktubunda deyilir: “Azərbaycanda ictimai sektorun formalaşmasında on ildən artıq bir müddətdə göstərdiyiniz fəallıq və əzmkarlıq bu sektorun canlanmasında və inkişafında əvəzsiz yol oynayıb. Məhz bu xidmətin nəticəsidir ki, 2008-ci ildə ölkədə fəaliyyət göstərən QHT-lərin böyük əksəriyyəti sizə etimad göstərərək, sizi Milli QHT Forumunun prezidenti seçdilər. Hesab edirəm ki, ötən bu vaxt ərzində Siz QHT-lərin göstərdiyi bu yüksək etimadı doğruldaraq, onların problemlərinin həllində səylə çalışdınız. Sizi cəmiyyətdə fərqləndirən daha bir özəlliyiniz isə Türk dünyası ilə sıx bağlılığınız, Türk dünyasına təmənnasız xidmətinizdir. Biz bunun bariz nümunəsini ötən il Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gəldiyi bir vaxta bir daha şahidi olduq. Daha sonra Azərbaycan-Türkiyə QHT İşçi Qrupunun yaradılması və cari ilin aprel ayında Bakıda Türk Dövlətləri QHT-lərinin Birinci Bakı Forumunun keçirilməsi də məhz sizin təşəbbüsünüzlə irəli sürülüb və bu yöndə işlər bu gün də uğurla davam etməkdədir”.
ATXƏM-in Mətbuat xidməti [ Geri qayıtmaq ] |
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|