Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
| « | Sentyabr 2010 | » |
| B.e. |
Ç.a. |
Çə. |
C.a. |
Cü. |
Şə |
Ba |
| | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
 |
ATXƏM sədri İlham İsmayılov Ankarada bir sıra görüşlər keçirdi |
 |
|
|
|
| |
Yeniləşib: 2.06.2010 - 17:08
May ayının 27-31-də Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov və geniş tərkibli nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Keçiörən bələdiyyə başkanı Mustafa AKla görüşən nümayəndə heyəti Azərbaycan-Türkiyə arasındakı münasibətləri bir daha müzakirə etdilər. Mustafa AK ATXƏM-in Türk dünyasında həyata keçirdiyi layihələrə böyük önəm verdiyini qeyd edərək, gələcəkdə belə layihələrin həyata keçirilməsində Ankaranın ən böyük bələdiyyəsi olan Keçiörən bələdiyyəsilə də ortaq layihələrin gerçəkləşə biləcəyinə diqqət çəkdi.
 Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ankarada keçirilən 8.Uluslararası Türkcə Olimpiyatlara da qatılaraq, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfiri Zakir Həşimovla birlikdə Azərbaycanlı yeniyetmələrin hazırladığı bədii-əyləncəli proqrama baxdılar. Daha sonra ATXƏM sədri İlham İsmayılov və nümayəndə heyətinin üzvləri Ankara şəhərində təhsil alan azərbaycanlı tələbələrlə nahar yeməyində bir araya gəldilər. Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyinin I katibi Vüqar Mustafayevin və səfirliyin təhsil müşaviri doç.dr. Nəcibə Nəsibovanın da iştirak etdiyi görüşdə Ankarada azərbaycanlı tələbələrin yaratdığı birliklə bağlı müzakirələr aparıldı.
 
ATXƏM-in Mətbuat xidməti [ Geri qayıtmaq ] |
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|