ATXƏM “15 iyun – Milli Qurtuluş günü”nü Xocavənd rayonunda qaçqınlarla birgə keçirdi
(16 06 2010) |  Baxılıb: 102 | çapa vermək |
 
Yeniləşib: 22.06.2010 - 17:19


dsc03516k.jpg (335.91 Kb)dsc03498k.jpg (379.11 Kb)Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Xocavənd rayonunda İcra Hakimiyyətilə birgə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbir iştirakçılarını salamlayaraq, Qurtuluş günü münasibətiylə qonaqları təbrik etdi. E.Hüseynov bildirdi ki, 1988-1993-cü illərdə ölkəmizdə baş alıb gedən xaos və anarxiyaya 15 iyunda Ümummilli liderimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra son qoyuldu və ölkəmizdə hər sahədə quruculuq işləri başladı.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri, politoloq Qafar Əliyev də tədbirdə çıxış edərək, qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ilin iyun ayına qədər ciddi problemlər yaşayan, daxili çəkişmələrin geniş vüsət aldığı, vətəndaş müharibəsiylə üz-üzə qalan, xaos və özbaşınalıqların hökm sürdüyü bir ölkəyə çevrilmişdi.


dsc03553k.jpg (366.35 Kb)dsc03543k.jpg (423.27 Kb)1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün bu problemlərə və özbaşınalıqlara son qoydu, böyük və müdrik siyasətlə xalqın dəstəyi müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etdi.
Tədbirə Rusiyanın Taqanroq şəhərindən qonaq qismində qatılan yazıçı Aleksandr Fomenkov da çıxışında 1993-cü illərdə Azərbaycanda baş verən hadisələrə diqqət çəkərək, bu qarşısıalınmaz proseslərə Heydər Əliyevin yerində olan müdaxiləsindən və onun proseslərə təsir imkanlarından geniş danışdı. A.Fomenkov erməniləri Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı əsassız iddialardan əl çəkməyə çağıraraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd etdi.
dsc03526k.jpg (414.39 Kb)dsc03598k.jpg (405.48 Kb)ATXƏM sədri İlham İsmayılov çıxışında Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa olunduğunu, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olduğunu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nəaliyyətlər qazandığını bildirdi:
“Azərbaycan xalqı XX əsrin əvvəllərində öz müstəqil dövlətlərini qursalarda, bu müstəqilliyi qoruyub saxlaya bilmədilər. Lakin 1990-cı ildən sonra yenidən müstəqillik əldə etsək də, bu müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq asan olmadı. İkinci dəfə qazandığımız müstəqilliyimiz bir neçə dəfə təhlükə altına düşdü. Belə zamanda 1993-cü ilin iyununda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın tələbiylə yenidən hakimiyyətə gəldi və ölkəmizi içərisinə düşdüyü xaosdan və anarxiyadan qurtardı.
dsc03575k.jpg (410.52 Kb)dsc03589k.jpg (390.64 Kb)Məhz bu ildən sonra Azərbaycanda yeni bir dönəmin başlanğıcı oldu. Ölkədə bütün sahələrdə inkişaf başladı, müstəqilliyimizin əsaslarını təşkil edən siyasi-iqtisadi problemlərimiz həll olundu. Heydər Əliyev “Bir millət, iki dövlət” deyərək, əslində bizə gedəcəyimiz yolu göstərdi – türk dünyasının birləşmək ideyasını. ATXƏM olaraq biz də bu ideyaların gerçəkləşməsi adına yola çıxaraq, ulu öndərin arzularını reallaşdırmağa çalışırıq”.
Tədbir ATXƏM-in Mədəniyyət departamentinin və Xocavənd rayon Mədəniyyət idarəsinin təşkil etdiyi bədii-musiqili konsert proqramı və möhtəşəm atəşfəşanlıqla başa çatdı.

dsc03658k.jpg (351.21 Kb)dsc03715k.jpg (400.45 Kb)
dsc03767k.jpg (194.95 Kb)dsc03770k.jpg (190.24 Kb)

ATXƏM-in Mətbuat xidməti
Geri qayıtmaq ]
 
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi