Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Bəyanatı
(3 06 2010) |  Baxılıb: 71 | çapa vermək |
 
Yeniləşib: 3.06.2010 - 16:53


Qəzza şəhərinə humanitar yük daşıyan gəmi karvanına edilən basqınla əlaqədar Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM)
Bəyanatı

logo_atxem3.jpg (24.39 Kb)
Bu ilin may ayının 31-də Qəzzaya – humanitar fəlakət zonasında mərhumiyyətlərdən əziyyət çəkən mülki əhaliyə yardım aparan gəmi karvanına İsrailin hərbi qüvvələri tərəfindən silahlı basqın edilmişdir. Müxtəlif dövlətlərin, o cümlədən Türkiyə Cumhuriyyətinin vətəndaşlarından ibarət «Mavi Mərmərə» gəmisinin sərnişinləri və heyəti qeyri-insani münasibətlərə, zorakılığa məruz qalmışlar. İsrailin ərazi sularından xeyli kənarda, neytral zonada törədilən cinayət nəticəsində xeyli dinc insan qətlə yetirilmiş və yaralanmışdır.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İsrailin müəyyən dairələri tərəfindən icra olunan, insanlığa qarşı törədilən bu qanlı əməllərdən hiddətləndiyini bildirir və bu aksiyanın regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına deyil, məhz silahlı qarşıdurmaların məqsədli şəkildə şiddətlənməsinə yönəldildiyini bəyan edir.

Xüsusi olaraq vurğulayırıq ki, yəhudilər və türk xalqları arasında tarix boyu səmimi və mehriban münasibətlər formalaşmışdır. Orta əsrlərdə Avropada tüğyan edən inkvizisiyadan, sonralar alman faşizmindən qurtulan yüz minlərlə yəhudi ilk növbədə Osmanlı dövlətinə sığınmış, məhz onun əvəssiz köməyi sayəsində xilas olmuşdur.

Eləcə də, bu gun Azərbaycan Respublikasında məskunlaşmış minlərlə yəhudi ölkəmizi özünə vətən bilməkdədir. Tarix boyu formalaşmış bu münasibətlər bundan sonra da davam etdiriləcəkdir. Əminik ki, gəmi karvanına basqının arxasında dayananlar ilk növbədə bu münasibətləri hədəf seçmişlər.

İnanırıq ki, İsrail dövləti insanlığa, beynəlxalq hüquq normalarına, eləcə də İsrail və Türk dünyası arasında əməkdaşlığı zərbə altında qoyan bu hərəkətə qəti və layiqli münasibətini bildirəcək, günahkarları cəzalandıracaqdır.
Geri qayıtmaq ]
 
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi