Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
| « | Sentyabr 2010 | » |
| B.e. |
Ç.a. |
Çə. |
C.a. |
Cü. |
Şə |
Ba |
| | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
|
|
 |
(19 10 2009) | Baxılıb: 271 | |
 |
|
| |
Oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib. Zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev qatılıblar. Tədbiri açan Azərbaycan prezidenti İlham Əliyev türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamlayıb. Dövlət başçısı 1992-ci ildəki ilk zirvə görüşündən keçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləyib, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirib.
 Daha sonra tədbirdə Türkiyə prezidenti Abdulla Gül çıxış edib. “Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişə də daxil olmaqla Cənubi Qafqaz regionunda bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vaxtı çatıb”- deyən Türkiyə prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə xüsusilə əhəmiyyət verdiyini bildirib: “Azərbaycanın işğal altında olan torpaqlarında işğal faktorunun dərhal aradan qalxmasının zəruri olduğuna inanırıq. Artıq bunun vaxtı gəlib çatıb. Arzu edirik ki, Dağlıq Qarabağ münaqişəsi dialoq yolu ilə, diplomatik vasitələrlə həllini tapsın və bütün Cənubi Qafqaz bölgəsində sülh və əmin-amanlıq bərqərar olsun. Amma sözsüz ki, bu istək yalnız işğal faktoru aradan qalxdıqdan sonra gerçəkləşə bilər”. Daha sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev çıxış ediblər. Çıxış edənlər ötən illər ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini bildiriblər. Sammitdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da möhkəmlənməsi məqsədi ilə təkliflər səsləndirilib. Ətraflı
|
|
|
|
|
|
|
 |
(11 06 2008) | Baxılıb: 353 | |
 |
|
| |
Heydər Əliyevin Türk dünyasının birliyi yönündəki XXI əsrin yeni dünya düzümündə türk ellərinin taleyini müsbət mənada həll edə biləcək bir proqram olduğu artıq tarixi təsdiqini tapmış və hər kəs tərəfindən qəbul olunan gerçəklikdir.
 Bu proqramın necə həyata keçiriləcəyindən çox şey, o cümlədən türk ellərinin öz iqtisadi, həmçinin mənəvi potensialının tam hüquqlu və şəriksiz sahibi olması kimi vacib bir faktorun taleyi asılıdır. Bu proqram sözün mütləq anlamında Türk ellərinin hər birinin siyasi mənafelərinin qorunmasına imkan verən strategiya mahiyyəti daşıyır. Heydər Əliyev bir tarixi şəxsiyyət olaraq bu proqramın reallaşmasına hələ 40 il öncə başlamışdı və bu yolda bir insanın gücü yetə biləcək hər şeyi edib. Və bu da bir həqiqətdir ki, Heydər Əliyevin siyasi iradəsi ilə həyat vəsiqəsi almış Böyük Türk Birliyi ideyası ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin gərgin və məqsədyönlü zəhməti sayəsində uğurla reallaşır. Ətraflı
|
|
|
|
|
|
|
 |
(31 03 2008) | Baxılıb: 398 | |
 |
|
| |
 Xəbər verdiyimiz kimi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi “31 Mart – Azərbaycanlıların Soyqırım Günü” münasibətilə silsilə tədbirlər planı hazırlamışdır. Mart ayının 27-də Azərbaycanı 1918-ci ildə bolşevik-daşnak qırğınlarından xilas etmiş Qafqaz İslam Ordusunun Neftçala rayonunun Seyidlər kənd məzarlığında dəfn olunmuş 10 şəhidinin qəbiri üzərində ucaldılmış Xatirə Abidəsinin ziyarəti ilə başlayan bu tədbirlər silsiləsi sonrakı günlərdə ATXƏM-in mərkəzi ofisinin konfrans zalında 1918-ci il qırğınlarına həsr olumuş elmi-praktik konfranslarla davam etdi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(31 03 2008) | Baxılıb: 783 | |
 |
|
| |
Fəaliyyətə başladığı 4 ay ərzində ATXƏM özünü nəinki təkcə Azərbaycanda, ümumən bütün Türkdilli dövlətlərdə və Avropa ölkələrində ciddi qurum kimi tanıtmağa müvəffəq olmuşdur. Ən əsası odur ki, bu ciddi təşkilat imici sadəcə bir reklam mahiyyəti daşımayaraq, real faktlara və konkret işlərə söykənən bir gercəklik kimi qəbul olunur. Məhz bu ciddiyyətin məntiqi sonluğu olaraq ATXƏM-in digər Türk dövlətlərindən, toplumlarından və digər ölkərdən olan nümayəndəliklərinin və üzvlərinin sayı durmadan artır.
  Və məhz bu gerçəklik ATXƏM-in təşkilati strukturunun da genişləndirilməsi zərurətinə vəsilə olub. Ümumi vəziyyəti tam ciddiyyəti ilə təhlil edən ATXƏM İdarə Heyəti özünün 30 mart tarixli iclasında təşkilatın Türkiyə Cümhuriyyətində və Ukraynada daimi fəaliyyət göstərəcək rəsmi nümayəndəliklərinin yaradılması haqqında qərar qəbul etmişdir. Ətraflı
|
|
|
|
|
|
|
 |
(28 03 2008) | Baxılıb: 333 | |
 |
|
| |
Türk Dil Qurumu ilə Harran Universitetinin dil-ədəbiyyat fakultəsinin birgə təşkil etdiyi Beynəlxalq Elmi Simpoziuma Yunanıstan, Macarıstan, Ukrayna, Şimali Kipr, Azərbaycan və Türkiyədən olan 60-dan çox alim dəvət edilib. Öz işinə martın 25-də Şanlıurfada başlayan simpoziumda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı, filologiya elmləri namizədi, tarix elmləri doktoru, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Güllu Yoloğlu təmsil edir. Ətraflı
|
|
|
|
|
|
|
 |
(25 03 2008) | Baxılıb: 396 | |
 |
|
| |
 Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi martın 20-də Novruz Bayramı münasibəti ilə Türk Dövlətlərinin Bakıdakı səfirliklərinin iştirakı ilə tədbir düzənlədi. Mərasimdə Qazaxıstanın Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Serik Primbetov xanımı ilə birlikdə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin Maliyyə Müşaviri Bünyamin Özgür, Türkiyə Cümhuriyyəti Başnazirliyinin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) Azərbaycan üzrə Proqram Koordinatoru Serhat Küçükkurt və onun müavini Nihal xanım Ərsoy, TUSİAB-ın İdarə Heyətinin üzvləri, Atatürk liseyinin Direktoru Şinasi Güner, Ukrayinalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri Fərhad Turanlı, İraq Türkmən Tələbələr Birliyinin üzvləri və digər qonaqlar iştirak edirdi. Tədbiri açıq elan edən ATXƏM-in sədri İlham İsmayılov qonaqları bayram münasibəti ilə təbrik etdi və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. ATXƏM-in Beynəlxalq əlaqələrinin inkişafı üçün Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Ukrayina və digər ölkələrlə əlaqələrin qurulmasının vacibliyini qeyd etdi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(17 03 2008) | Baxılıb: 399 | |
 |
|
| |
Hədəfi dünyaya səpələnmiş Türk ellərinin tarixi haqqını – mədəni, mənəvi və ictimai-iqtisadi birliyini bərpa etmək olan ATXƏM yarandığı gündən etibarən öz məqsədinə doğru inamlı addımlarla irəliləyir. Məhz bu cür məqsədyönlülüyün nəticəsidir ki, fəaliyyətə başladığı 4 ay ərzində ATXƏM özünü nəinki təkcə Azərbaycanda, ümumən bütün Türkdilli dövlətlərdə ciddi qurum kimi tanıtmağa müvəffəq olmuşdur. Ən əsası odur ki, bu ciddi təşkilat imici sadəcə bir reklam mahiyyəti daşımayaraq, real faktlara və konkret işlərə söykənən bir gercəklik kimi qəbul olunur. Məhz bu ciddiyyətin məntiqi sonluğu olaraq ATXƏM-in digər Türk dövlətlərindən və toplumlarından olan üzvlərinin sayı durmadan artır.
  Türk tarixinin ünlü araşdırmaçılarından olan qazax alimi, Qazaxıstan Sosial Elmlər Akademiyasının həqiqi üzvü, “Alaş” tarixi tədqiqatlar Mərkəzinin prezidenti Xayrulla Qabjalilov ATXƏM-in xarici ölkə vətəndaşı olan ilk üzvü olsa da, bu gün bu sırada dayananların kontingenti xeyli genişdir.
Artıq Qazaxıstan İqtisadiyyat və Konsaltinq Universitetinin rektoru, professor Abdiali Nurmanov, Türkiyənin məşhur “MTW – Biotexnik Medikal” şirkətinin sahibi Mustafa Konyalıoğlu ATXƏM üzvü olmaq üçün rəsmi müraciət etmişdir və təşkilatın idarə heyəti bu müraciətləri müzakirə edərək hər ikisinə müsbət rəy vermişdir. Ətraflı
|
|
|
|
|
|
|
 |
(5 03 2008) | Baxılıb: 386 | |
 |
|
| |
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) yarandığı az bir müddətdə bir sıra mühüm işləri həyata keçirmişdir. Məlum olduğu kimi fevral ayının 25-də Türk dünyasının böyük oğlu, qırğız yazıçısı Çingiz Aytmatov ATXƏM-in yeni ofisinin açılışını etmişdir. Elə həmin gün də ATXƏM ünlü yazarla respublika ziyalılarının görüşünü keçirmişdir. Bundan başqa Türkiyədən, Qazaxıstandan və digər türkdilli ölkələrdən gəlmiş elm adamları və ictimaiyyət nümayəndələri də təşkilatın qonağı olmuşdur. Ətraflı
|
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|