Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
| « | Sentyabr 2010 | » |
| B.e. |
Ç.a. |
Çə. |
C.a. |
Cü. |
Şə |
Ba |
| | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
|
|
 |
(25 12 2008) | Baxılıb: 237 | |
 |
|
| |
Türk dövlətləri və toplumlarının mədəni-mənəvi inteqrasiyasının dərinləşməsi zamanın və müasir geosiyasi reallıqların diqtə etdiyi zərurətdir. Və siyasi reallıqları yetərincə dəyərləndirən çağdaş Türk dövlətləri və toplumları rəhbərlərinin siyasi iradə nümayiş etdirərək bu zərurəti hər bir Türk dövlətinin xarici siyasətinin prioriteti səviyyəsinə yüksəltmələri sözün mütləq anlamında təqdirəlayiq hal, eyni zamanda milli kimliyi, milli mənsubiyyəti ilə qürur duyan hər bir Türk üçün geniş fəaliyyət imkanlarıdır. Əslində fərdlər üçün belə bir fürsət tarixin bütün dönəmlərində olub. Amma min-min təəssüflər ki, liderlərinin lüzumsuz ambisiyaları Türk qövmünə heç də həmişə birləşmək, bir yumruq kimi çıxış etmək, öz haqqına layiqincə sahib durmaq şansı verməyib. Məhz bu pərakəndəliyin nəticəsi olaraq Çar Rusiyasının hərbi dəstəyinə söykənən ermənilər Qədim Türk yurdunda «Erməni dövləti» qurmaq kimi xəbis niyyətlərini reallaşdırıblar. Bu və bu qəbildən olan digər tarixi rüsvayçılıqlara görə, Anadoludan Altaylara qədər geniş bir coğrafi areala səpilmiş döyüşkən Türk əsgəri yox, liderlər məsuliyyət daşıyırlar. Çünki tarixin dolaylarında paralel şəkildə mövcud olmuş qüdrətli Türk dövlətlərinin vahid güc kimi çıxış etmək əvəzinə Avropanın hiyləsi ilə bir-birinə düşmən kəsildikləri zamanlarda belə Türk ziyalısının sözü və əməli bir olub; İslam dininin hüquq sisteminin təməldaşı olan VIII əsr mütəfəkkiri cənabi Əbu Hənifə ibn Sabitdən tutmuş Əlibəy Hüseynzadəyə, Oljas Süleymanova qədər ayıq Türk düşüncəsinin bütün daşıyıcılarının məfkurəsi, əqidəsi dəyişməz olub. Nurlu mütəfəkkirlərin düşüncəsinə hakim kəsilmiş əqidə-məslək birliyi isə sadəcə arzu və istəklərdən qaynaqlanan ülvi hisslər yox, Türk kişisinin təfəkkürlərə hopmuş min-min illik yaşantılarının real inikası idi. Çünki Ön Asiyadan ayağa qalxalaraq Titetə qədər hər yerə şumer mədəniyyəti yaymış Türk qövmləri üçün Vətənə dönüş, Vətənin dar günündə haraya yetmək, qan qardaşlarına dayaq durmaq Türk kişisi üçün müqəddəs, dəyişməz qanun idi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(22 12 2008) | Baxılıb: 249 | |
 |
|
| |
Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclası keçirildi. İclası açıq elan edən şuranın İdarə Heyətinin sədri Mahmud Kərimov bildirdi ki, dünya azərbaycanlılarının ikinci qurultayı Azərbaycan diasporunun tarixində yeni mərhələnin əsasını qoyub. Qurultaydan sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi daha geniş vüsət alıb, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsi yüksəlib.
 Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, şuranın İdarə Heyətinin üzvü Nazim İbrahimov bildirdi ki, ikinci qurultay Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlanması üçün ideoloji baza rolunu oynayıb. Ölkə prezidentinin qurultaydakı çıxışındakı tövsiyələri diaspor quruculuğu işinin müasir tələblər səviyyəsində qurulmasını, icmalar arasında əlaqələrin daha da genişləndirilməsini zəruri edib. "Qurultay azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai mövqelərinin möhkəmlənməsi, siyasi həyatda iştirak imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyətə malik olub" - deyə N.İbrahimov vurğuladı. Onun sözlərinə görə, qurultaydan sonrakı dövrdə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdə ölkə prezidenti ilə yanaşı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt, digər türkdilli dövlətlərin təmsilçiləri də iştirak ediblər. Onun sözlərinə görə, qurultaydan sonra dünyanın müxtəlif ölkələrində yaşayan siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələr inkişaf etdirilib, Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlıq genişləndirilib. Ümumilikdə güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bir sıra ölkələrin siyasi xadimləri, KİV nümayəndələri Azərbaycana səfər edərək ölkədə gedən inkişaf prosesi ilə tanış olublar.
 Ətraflı
|
|
|
|
|
|
|
 |
(2 12 2008) | Baxılıb: 244 | |
 |
|
| |
Türk dövlətlərinin, eləcə də tarixi reallıqlar səbəbiylə müxtəlif ölkələrdə məskunlaşmış türk toplumlarının mədəni-mənəvi, sosial-iqtisadi inteqrasiyasında yaxından iştirak etməyi özünün başlıca vəzifəsi kimi təsbitləmiş Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyi (ATXƏM) öz Nizamnamə vəzifələrinin icrası ilə yanaşı, milli dəyərlər çərçivəsi ilə məhdudlaşmayaraq bəşəri sivilizasiyanın tərəqqisinə xidmət edə biləcək bütün təşəbbüsləri dəstəkləməyi özünün şərəf işi kimi qəbul edir. Bu baxımdan, ATXƏM-in təşəbbüsü və təşkilatçılıği ilə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Hepatitə yox deyək!” layihəsi çərçivəsində noyabrin 27-də Gəncədə, noyabrın 29-da Bakıda keçirilən Beynəlxalq Akademik Tibb Toplantıları xüsusi əhəmiyyət daşıyır. Bəs ATXƏM-in bu məsələyə xüsusi öməm verməsi hansı amillərlə şərtlənir? Bəlli olduğu kimi, həzm sistemi xəstəlikləri bütün dünyada geniş yayılmışdır və əhalinin bütün yaş qruplarını əhatə edir. Bu xəstəliklər arasında son zamanlar virus mənşəli Hepatitlər ön plana keçməkdədir. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə 20-dən artıq stomatoloji kabinet xəstələri Hepatit virusları ilə yoluxdurduğuna görə bağlanmış və lisenziyaları ləğv edilmişdir. Digər bir tərəfdən də Azərbaycanda yaşayan əhalinin qida vərdişləri və kolorili qidalara üstünlük verməsi öz-özlüyündə bir sıra həzm siztemi xəstəliklərinin
 çox yayılmasına səbəb olmuşdur. Məsələn, Azərbaycanda həzm sisteminə aid şikayətləri olan insanların 30 %-ində aktiv şəkildə xora xəstəliyi aşkara çıxarılır, təxminən eyni sayda insanda isə nə vaxtsa keçirilmiş xora xəstəliyinin izlərinə rast gəlinir. Ayrıca olaraq bağırsaq xəstəlikləri də əhali arasında ən çox yayılmış xəstəliklərdən hesab olunur. Ətraflı
|
|
|
|
|
|
|
 |
(27 11 2008) | Baxılıb: 253 | |
 |
|
| |
Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin (ATXƏM) təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 27-də Gəncədə Beynəlxalq Akademik Tibb Toplantıcı keçirilib. Toplantı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Hepatitə yox deyək!" layihəsi çərçivəsində reallaşıb. Tədbirə Səhiyyə Nazirliyi, Gəncə Şəhər Səhiyyə İdarəsi və Sanovel İlac Sənaye və Ticarət Şirkəti yaxından köməklik göstərmişlər. Toplantıya şəhərin, eləcə də ətraf rayonların səhiyyə işçiləri qatılıblar. Xatırladaq ki, toplantıda həzm sistemi xəstəlikləri əsas müzakirə mövzusu olub. Bu xəstəliklər arasında son zamanlar virus mənşəli hepatitlər ön plana keçməkdədir. Digər tərəfdən, Azərbaycanda yaşayan əhalinin qida vərdişləri və kalorili qidalara üstünlük verməsi öz-özlüyündə bir sıra həzm sistemi xəstəliklərinin çox yayılmasına səbəb olub. Belə ki, Azərbaycanda həzm sisteminə aid şikayətləri olan insanların 30 faizində aktiv şəkildə xora xəstəliyi aşkara çıxarılır. Təxminən eyni sayda insanda isə nə vaxtsa keçirilmiş xora xəstəliyinin izlərinə rast gəlinir. Ayrıca olaraq bağırsaq xəstəlikləri də əhali arasında ən çox yayılmış xəstəliklərdən hesab olunur. Ətraflı
|
|
|
|
|
|
|
 |
(30 10 2008) | Baxılıb: 258 | |
 |
|
| |
 I Dünya müharibəsinin gedişində yaranmış geopolitik vəziyyətdən bəhrələnən superdövlətlər dünya düzümünə yeni nizam vermək niyyətinə düşmüşdülər. Bu məkrli niyyətdən qaynaqlanan hərbi-strateji planlar Osmanlı İmperiyası üçün yaxşı heç nə vəd etmirdi. Türkün 600 illik rəşadət tarixindən əndişələnən Avropa yaranmış fürsətdən maksimum bəhrələnərək Osmanlının timsalında ümumən türk dövlətçiliyi ənənələrinə biryolluq son qoymaqda israrlıydı. Və nə qədər təəssüfləndirici olsa da, hadisələr məhz bu istiqamətdə inkişaf edirdi; imperiyanın sonuncu sultanı Qərbin alçaldıcı “sülh təklifi”, əslində isə rüsvayçı təslim aktı ilə barışmaqda maraqlı görünürdü.
  Türkün şərəf salnaməsinin zirvə örnəyi olan Mustafa Kamal Paşa məhz belə bir reallıqda darmadağın olmuş Osmanlı hərbi qüvvələrinin vətənə sədaqət əzmi nümayiş etdirən hissələrini bir yerə toplayaraq qeyri-bərabər bir mücadiləyə qərar verdi: Atatürkçülər Osmanlının xərabələrində türk ruhunu oyadaraq Türk dövlətçilik ənənələrinin bərpası uğrunda, Türkiyə dövlətinin sərhədlərinin toxunulmazlığı uğrunda, Türkün tarixi haqqı uğrunda ölüm-dirim savaşı açdılar. XX əsrin ikinci onilliyinin sonlarında nəinki Osmanlı bir imperiya olaraq çökmüşdü, hətta Türklərin tarixi torpaqları da defakto Qərb hərbçilərinin nəzarətinə düşmüşdü. Ətraflı
|
|
|
|
|
|
|
 |
(13 10 2008) | Baxılıb: 141 | |
 |
|
| |
Əziz həmvətənlərimiz və türk ellərinin birliyini həyat qayəsi seçmiş dəyərli soydaşlarımız! Oktyabrın 15-də Azərbaycan vətəndaşları növbəti 5 ildə mövcud kursun saxlanıb-saxlanmaması kimi bir suala cavab verməlidirlər. Bu, həqiqətən də taleyüklü bir məqamdır və bu məqamda hər şeyin son dərəcə dəqiqliklə hesablanmnası zəruridir. Hər bir seçici, Azərbaycan dövlətçiliyinin, Böyük Türk dünyasının bir parçası olan Azərbaycan xalqının və ümumən bəşəriyyətin taleyinə biganə olmayan hər kəs “kimə səs verməli?” şəkilli ciddi suala cavab verməzdən əvvəl başqa bir suala cavab verməyə çalışmalıdır: çağdaş Azərbaycan iqtidarının mövcud siyasi kursu özündə nəyi ehtiva edir? Bu kurs ilk növbədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır və sadəc bir millətin iqtisadi tərəqqisini nəzərdə tutan plan yox, bütün Türkdilli dövlət və toplumların dərin və çoxşaxəli inteqrasiyasına, ümumən bəşəri mənəvi yüksəlişə hesablanmış geniş əhatəli fəaliyyət proqramıdır. Belə ki, 1993-cü ilin iyulunda xalqın təkidi ilə Bakıya gələrək dövlət sükanına sahib duran cənab Heydər Əliyev hələ XX əsrin 50-ci illərindən başlayan tarixi missiyasını şərəflə yerinə yetirməklə, müstəqilliyi qoruyub saxlamağın və qüdrətli dövlət quruculuğunun praktik örnəyini göstərdi. Qısa müddət ərzində onun titanik fəaliyyəti sayəsində Azərbaycanda daxili ictimai-siyasi sabitlik bərqərar oldu, silahlı müxalifət praktikasının kökü birdəfəlik kəsildi, iqtisadi tənəzzül dayandırılaraq istisnasiz olaraq bütün sahələr dinamik inkişaf relsləri üzərinə çıxarıldı. Ölkənin müdafiə sistemi yaradıldı, demokratik cəmiyyət formalaşması üçün zəruri baza rolu oynayan qanunvericilik yaradıcılığı müasir dünya standartlarına uyğunlaşdırıldı, müstəqil dövlətimizin Konstitusiyası qəbul edildi və Azərbaycan dilinin rəsmi dövlət dili statusu təsdiqləndi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(13 10 2008) | Baxılıb: 272 | |
 |
|
| |
  Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan “Birlik” dərgisinin növbəti sayı dərc olundu.
Dərginin ikinci sayi oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı həmvətənlərimizə və soydaşlarımıza ATXƏM-in müraciəti ilə başlayır və onları ümummilli lider Heydər Əliyevin ideoloji-siyasi kursunun davamçısı, onun ideyalarını yaradıcılıqla inkişaf etdirməyə qadir olan cənab İlham Əliyevə dəstək olmağa çağırır. Ətraflı
|
|
|
|
|
|
|
 |
(22 09 2008) | Baxılıb: 287 | |
 |
|
| |
15 oktyabr Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləmək üçün təbliğat-təşviqat kampaniyasına qoşulan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi sentyabrın 21-də YAP-ın Salyan rayon təşkilatı ilə birlikdə Salyan rayonunun Qaraçala qəsəbəsində mədəni-kütləvi tədbir keçirdi. Tədbirə ATXƏM-in yüzlərlə üzvü, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əkrəm Abdullayev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP-ın Salyan rayon təşkilatının rəhbəri Rəşad Cəbrayılov, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, ATXƏM sədrinin müavini Zeyqəm Süleymanov, İraq Türkmən Tələbələri Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən telekanallar və aparıcı KİV-lərin təmsilçiləri qatılmışdılar. Ətraflı
|
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|