Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
| « | Sentyabr 2010 | » |
| B.e. |
Ç.a. |
Çə. |
C.a. |
Cü. |
Şə |
Ba |
| | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
|
|
 |
(15 09 2008) | Baxılıb: 319 | |
 |
|
| |
Türk tarixinin öyrənilməsini, gələcək nəsillərə bütöv yaddaş abidəsi əmanətləməyi özünün tarixi missiyası kimi təsbitləyən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda 5000 şəhid vermiş Qafqaz İslam Ordusunun imza atdığı tarixi qələbənin – Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 90 illiyi şərəfinə planladığı silsilə tədbirlərə sentyabrın 13-də yekun vurdu.
  Qafqaz İslam Ordusunun tarixi zəfəri şərəfinə hələ mart ayında Neftçaladakı 10 şəhid Türk əsgərinin anım mərasimi ilə başlayan, “Nuru Paşa” filminin çəkilişləri əsnasında Gəncədəki, Yevlaxdakı, Göyçaydakı, Şamaxıdakı Türk şəhidləri məzarlıqlarını ziyarət edən, İstanbulda, Alaniyada Qafqaz İslam Ordusu döyüşçülərinin nəslindən olan şəxslərlə görüşlər təşkil edən ATXƏM-in bu dəfəki tədbiri daha möhtəşəm oldu.
 2008-ci il sentyabrın 13-ü saat 16.00-da Bakıdakı Şəhidlər Xiyabanında 1918-ci ildə Bakının azadlığı uğrunda şəhid olmuş Türk əsgərlərinin şərəfinə ucaldılmış abidə önündə başlayan mərasimə ATXƏM-in yüzlərlə üzvü, TÜSİAB-ın, Milli QHT Forumunun, TRT-nin Azərbaycan təmsilçiliyinin, İraq Türkmən Tələbələri Birliyinin, Bakı Dövlət Universitetinin, “Qafqaz” Universitetinin, Bakıda fəaliyyət göstərən Atatürk və Anadolu litseylərinin nümayəndələri qatılmışdılar. Ətraflı
|
|
|
|
|
|
|
 |
(13 09 2008) | Baxılıb: 339 | |
 |
|
| |
Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İ.İsmayılov və ATXƏM katibliyinin əməkdaşları 2008-ci il sentyabrın 12-də M.Topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunun direktoru, ATXƏM-in fəxri üzvü,Əməkdar elm xadimi, Əməkdar həkim, akademik Böyükkişi Ağa oğlu Ağayevi anadan olmasının 80 illiyi münasibəti ilə təbrik etmiş; yubilyara ATXƏM İB-nin qiymətli xatirə hədyyələrini təqdim etmişlər. Ətraflı
|
|
|
|
|
|
|
 |
(8 09 2008) | Baxılıb: 192 | |
 |
|
| |
Türk tarixinin obyektiv araşdırılmasını, öyrənilməsini, gələcəyə bütöv şəkildə ötürülməsini özünün başlıca vəzifəsi sayan ATXƏM İB 90 il öncəki tarixi olayların tədqiqinə xüsusi diqqət yetirir. Bu məqsədlə hələ mart ayından etibarən ATXƏM-in xüsusi komissiyası yaradılmış və əldə olunan yeni sənədlər əsasında Qafqaz İslam Ordusunun Azərbaycanın istiqlalı uğrunda apardığı döyüşlərin tam mənzərəsini yaratmağa imkan verən sənədli-tarixi film çəkilmişdir.
  Amma ATXƏM rəhbərliyi bununla kifayətlənməyərək, 90 il öncə vətənimizin istiqlalı yolunda canlarından keçmiş Türk əsgərlərinin ruhuna ehtiramın ümumxalq, ümumölkə miqyaslı tədbirə çevrilməsi üçün silsilə tədbirlər planı hazırlamışdır. Bu xüsusda ilk tədbir Neftçala rayonunun Seyidlər kənd məzarlığında uyuyan 10 Türk şəhidinin şərəfinə ucaldılmış abidənin ziyarəti olmuşdur. Sentyabrın 6-da keçirilən anım mərasiminə ATXƏM-in çoxsaylı üzvləri, Neftçala ziyalıları, Seyidlər kəndinin sakinləri, TRT-nin Bakı nümayəndəliyinin təmsilçiləri,Türkiyədən və Azərbaycandan olan alimlər, Neftçala İcra Hakimiyyətinin və yerli bələdiyyənin üzvləri qatılmışlar. Ətraflı
|
|
|
|
|
|
|
 |
(5 09 2008) | Baxılıb: 300 | |
 |
|
| |
I Dünya müharibəsinin geosiyası reallıqları nəticəsində Osmanlı imperiyası xristian həmrəyliyi müstəvisində birləşmiş dövlətlər tərəfindən təklənərək olduqca çətin duruma düşmüş; eyni zamanda bir neçə istiqamətdə hərbi əməliyyatlara cəlb olunmaqla faktiki olaraq tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir reallıqda Rusiyada hakimiyyəti ələ almış bolşeviklərin müharibədən alçaldıcı şərtlərlə çıxaraq bütün hərbi gücünü çar imperiyasının keçmiş müstəmləkələrinə yönəltməsi Qafqazda vəziyyəti xüsusilə kəskinləşdirmişdi: Osmanlıya xəyanəti səbəbiylə bu ölkədən qaçmağa məcbur olmuş ermənilər bolşeviklərin dəstəyi ilə əzəli-əbədi türk torpağı olan Azərbaycanda “türksüz Hayastan” dövləti qurmaq niyyətinə düşmüşdülər. Ətraflı
|
|
|
|
|
|
|
 |
(12 07 2008) | Baxılıb: 183 | |
 |
|
| |
...Mətbuat bolluğu şəraitində yeni bir jurnal, yaxud qəzet təsis etmək risqdir. Çünki orta statistik oxucu hər yeni nəşri “tez parlayıb sönən növbəti ulduz” kimi dəyərləndirməyə meyllidir. Hər bir potensial Azərbaycan oxucusu kimi bu gerçəklik mənə də bəllidir. Bununla belə, “Birlik” jurnalını təsis etmək üçün müraciəti tərəddüdsüz imzaladım. Çünki bu jurnalın uzunömürlü olacağına inamım var və bu inam konkret amillərlə şərtlənir. Belə ki, “Birlik” jurnalı hər hansı kommersiya, yaxud korporativ siyasi marağın araya-ərsəyə gətirdiyi nəşr yox, konkret ideologiyaya söykənən ciddi bir təşkilatın – Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin ali ideallarından qaynaqlanan, məqsədi vətənə, millətə xidmət olan bir məcmuədir. Və məhz bu reallıq onun uzunömürlülüyünə təminat verən amillərdən biri kimi çıxış edir. Ən azı ona görə ki, “dünyada yeganə tükənməz sərvət ideologiyadır” tezisi artıq tarixi təsdiqini tapmış həqiqətlər sırasındadır. “Birlik” dərgisinin uzun bir yolun yolçusu olacağına zəmanət verən ikinci əsas amil isə, onun təsisçisi olan təşkilatın – ATXƏM-in özünün möhkəm ideoloji özüllər üzərində dayanmasıdır. Kimsə bu qənaəti bir ictimai təşkilat rəhbərinin subyektiv qənaəti kimi də dəyərləndirə bilər. Amma mən nə dediyimin fərqindəyəm və tam məsuliyyətlə bəyan edirəm ki, 2007-ci ilin noyabr ayında, Türkdilli Xalqların Bakıda keçirilən XI qurultayı ərəfəsində həyat vəsiqəsi almış ATXƏM görüntü naminə səs-küy salan, öz siyasi ambisiyalarını, iqtisadi maraqlarını “türk birliyi” pərdəsi altında reallaşdırmağa can atan insanların yox, ümümmilli liderimiz Heydər Əliyevin Türk dünyasının birliyinə yönəlik ideyalarının gerçəkləşməsini özünə həyat qayəsi seçmiş ziyalıların birliyidir. Ətraflı
|
|
|
|
|
|
|
 |
(11 07 2008) | Baxılıb: 277 | |
 |
|
| |
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan “Birlik” dərgisinin ilk sayı işıq üzü gördü. Cari ilin aprelində rəsmi qeydiyyatdan keçən dərginin ilk sayının çapa hazırlanması 3 aya yaxın vaxt aparsa da, yaradıcı kollektiv bunu dərginin məram və məqsədlərindən irəli gələn vəzifələrlə əsaslandırır. Belə ki, “Birlik” bütün türk ellərini əhatə edən oxucu kontingentinə hesablandığı üçün dərgidə dərc olunan materialların coğrafi arealı da kifayət qədər geniş olub və məhz bu reallıq ilk sayın işıq üzü görməsini müəyyən dərəcədə əngəlləyib.
  Bununla belə, məqsədə qismən nail olunması, ilk sayda Türkiyə Cümhuriyyətindən, Krımdan Ukraynadan, Çexiyadan, Macarıstandan olan müəlliflərin çıxış etməsi ləngiməyə bəraət verə biləcək hal kimi dəyərləndirilə bilər. Ətraflı
|
|
|
|
|
|
|
 |
(11 07 2008) | Baxılıb: 359 | |
 |
|
| |
  İyul ayının 1-də ATXƏM İdarə Heyətinin sədri İ.İsmayılovun rəhbərliyi ilə təşkilat üzvlərinin bir qrupu XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq yazıçısı İsa Hüseynovu (Muğanna) ziyarət etdi. Ədibin anadan olmasının 80 illiyinə həsr olunmuş görüş-ziyarətdən əsas məqsəd yazıçının son işləri ilə tanışlıq və ATXƏM –in yubley təbriklərini çatdırmaq, məxsusi olaraq bu münasibətlə hazırlanmış hədiyyələri təqdim etmək idi. Görkəmli yazıçının şəxsi mənzilində baş tutan görüşü giriş sözü ilə açan ATXƏM-in sədri İ.İsmayılov İsa Hüseyinov yaradıcılığının bir-birindən tam fərqli iki mərhələsinə diqqət çəkərək dedi ki, “...üslub və məsələlərin mahiyyətinə varma baxımından bir-birindən kəskinliklə fərqlənən bu iki mərhələ, əslində bir-biri ilə ziddiyyət təşkil etməyərək, şəxsiyyət kamilliyinə ucalan yolun bir-birini tamamlayan üzvi vəsilələri kimi xarakterizə olunmalıdır.” Ətraflı
|
|
|
|
|
|
|
 |
(2 07 2008) | Baxılıb: 299 | |
 |
|
| |
Bu gün, Opera və Balet Teatrının binasında Milli QHT Forumunun (MQF) VII qurultayı keçirildi. İlk öncə təşkilatın İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyalarının sədrlərinin hesabatları dinlənildi. Qurumun keçmiş prezidenti Azay Quliyev çıxış edərək forumun keçdiyi yol barədə qurultay iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, forum fəaliyyət göstərdiyi müddətdə QHT-lərlə dövlət orqanları arasında əlaqələrin qurulmasına nail olub. Onun sözlərinə görə, qurum vətəndaş cəmiyyətinin inkişafında zəruri olan qanunların qəbul olunmasında ciddi fəaliyyət göstərib: “Bundan sonra forum fəaliyyətini Azərbaycandan kənarda da inkişaf etdirməli, regional məsələlərlə bağlı layihələrdə iştirak etməlidir”.
 Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Ərəstun Mehdiyev forumun vətəndaş cəmiyyətinin inkişafındakı rolundan danışdı. Azərbaycan dövlətinin QHT-lərin inkişafında maraqlı olduğunu söyləyən Ə. Mehdiyev qeyd etdi ki, dövlət QHT-ləri özünə tərəfdaş hesab edir. Ətraflı
|
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|