ATXƏM tarixi missiyasına sadiqdir
(17 06 2008) | Baxılıb: 316 |
  dsc01722.jpg (308.15 Kb)dsc01724.jpg (358.73 Kb)Türk dövlətlərinin, eləcə də tarixi reallıqlar səbəbiylə müxtəlif ölkələrdə məskunlaşmış türk toplumlarının mədəni-mənəvi, sosial-iqtisadi inteqrasiyasında yaxından iştirak etməyi özünün başlıca vəzifəsi kimi təsbitləmiş ATXƏM İB bəşəri dəyərlərin bərqərar olmasına da xüsusi həssaslıqla yanaşır. Belə ki, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyi öz Nizamnamə vəzifələrinin icrası ilə yanaşı, milli dəyərlər çərçivəsi ilə məhdudlaşmayaraq bəşəri sivilizasiyanın tərəqqisinə xidmət edə biləcək bütün təşəbbüsləri dəstəkləməyi özünün şərəf işi kimi qəbul edir.


dsc01771.jpg (294.53 Kb)dsc01779.jpg (321.97 Kb)ATXƏM-in Avrasiya Cərrahiyyə və Qastroenterologiya Vəqfinin Bakıda keçirilən XI Beynəlxalq Konqresinin işinə bilavasitə dəstək verməsi də bu yönlü xoş ənənələrin davamı kimi səciyyələnir.   Ətraflı

 
  ATXƏM-in müsabiqəsinə yekun vuruldu
(17 06 2008) | Baxılıb: 439 |
  ATXƏM-in «Qurtuluş Günü» münasibəti ilə tərtib etdiyi bayram proqramı saat 12.00-da Fəxri Xiyabanda, ümummilli lider Heydər Əliyevin məzarının ziyarəti ilə başladı. Ulu öndərin xatirəsini sükutla yad edərək abidəsi önünə əklillər və tər-çiçəklər qoyan ATXƏM üzvləri və çoxsaylı qonaqlar, daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın və görkəmli ictimai xadim, akademik Aqil Əliyevin abidələrini ziyarət etdilər.
dsc01795.jpg (380.38 Kb)dsc01787.jpg (326.24 Kb)Bayram tədbiri saat 14.00-da «Səbail» istirahət mərkəzində mükafatların təqdim olunma mərasimi ilə davam etdirildi. ATXƏM sədri İlham İsmayılov tədbir iştirakçılarına ünvanlanmış təbrik nitqində bir sıra məqamlara aydınlıq gətirərək dedi:
-Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin azərbaycançılıq ideologiyasının daşıyıcısı olan və dövlətçilik elminin incəliklərinə dərindən bələd olan o dahi strateqin Türk dünyasının mədəni-mənəvi, həmçinin iqtisadi-siyasi inteqrasiyasına yönəlik ideallarının gerçəkləşməsini özünün başlıca məramı elan etmiş Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin ümumilli liderin anadan olmasının 85 illiyinə həsr olunmuş silsilə tədbirlərindən biri də artıq Azərbaycan xalqının yaddaşında «Qurtuluş Günü» kimi əbədiləşmiş 1993-cü il 15 iyun tarixinin 15-ci ildönümünə həsr olunmuş müsabiqə idi. Bəs belə bir müsabiqənin keçirilməsində məqsəd nə idi?   Ətraflı

 
  Ziyafət Əsgərov: “ATXƏM-in missiyası tarixi baxımdan zəruri, mənəvi yöndən şərəfli bir missiyadır”
(11 06 2008) | Baxılıb: 353 |
  Heydər Əliyevin Türk dünyasının birliyi yönündəki XXI əsrin yeni dünya düzümündə türk ellərinin taleyini müsbət mənada həll edə biləcək bir proqram olduğu artıq tarixi təsdiqini tapmış və hər kəs tərəfindən qəbul olunan gerçəklikdir.
dsc01713.jpg (224.48 Kb)dsc01711.jpg (358.57 Kb)Bu proqramın necə həyata keçiriləcəyindən çox şey, o cümlədən türk ellərinin öz iqtisadi, həmçinin mənəvi potensialının tam hüquqlu və şəriksiz sahibi olması kimi vacib bir faktorun taleyi asılıdır. Bu proqram sözün mütləq anlamında Türk ellərinin hər birinin siyasi mənafelərinin qorunmasına imkan verən strategiya mahiyyəti daşıyır. Heydər Əliyev bir tarixi şəxsiyyət olaraq bu proqramın reallaşmasına hələ 40 il öncə başlamışdı və bu yolda bir insanın gücü yetə biləcək hər şeyi edib.
Və bu da bir həqiqətdir ki, Heydər Əliyevin siyasi iradəsi ilə həyat vəsiqəsi almış Böyük Türk Birliyi ideyası ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin gərgin və məqsədyönlü zəhməti sayəsində uğurla reallaşır.   Ətraflı

 
  ATXƏM-in təşkil etdiyi “Heydər Əliyev – 85” xatirə turnirinin qalibləri müəyyənləşdi
(29 05 2008) | Baxılıb: 327 |
  dsc01518.jpg (202.69 Kb)dsc01539.jpg (265.28 Kb)
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkil etdiyi “Heydər Əliyev-85” xatirə turnirinə may ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində start verilmişdi. Sabirabad, Neftçala, Hacıqabul, Salyan rayonlarının, Şirvan şəhərinin və Qaraçala qəsəbəsinin 16 yaşlılardan ibarət yığma komandalarının iştirak etdiyi turnirə may ayının 28-də Respublika Günündə yekun vuruldu.


dsc01542.jpg (321.74 Kb)
Turnirin rəsmi bağlanışında iştirak edən ATXƏM sədri İlham İsmayılov, Respublika Futbol Veteranları İttifaqının sədri, AFFA-nın baş mütəxəssisi Rasim Zeynalov yarış iştirakçılarını “28 May – Respublika Günü” münasibətilə təbrik edərək bildirdilər ki, Azərbaycanın genefondunun sağlamlığı, xüsusilə də gənc nəslin fiziki hazırlığının yüksəldilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin prioritet istiqamətlərindən biri olub və bu kurs Heydər Əliyev siyasi irsinin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir.   Ətraflı

 
  ATXƏM ümummilli lider Heydər Əliyevin 85 illiyini geniş qeyd etdi
(12 05 2008) | Baxılıb: 392 |
  dsc_0008.jpg (393.53 Kb)dsc_0012.jpg (341.43 Kb)Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş silsilə tədbirlərə may ayının 1-də təşkilatın mərkəzi qərargahında təşkil olunmuş elmi-praktik konfransla başlayan ATXƏM İctimai Birliyi may ayının 10-da Salyan rayonunda genişmiqyaslı tədbirlər həyata keçirdi.
Səhər saat 10.00-da Heydər Əliyevin Salyan şəhərindəki abidəsinin ziyarəti ilə başlayan tədbirə Salyan rayonunun ayrı-ayrı kollektivlərinin nümayəndələri, ATXƏM mərkəzi ofisinin əməkdaşları və ATXƏM Salyan dayaq dəstəsinin üzvləri qatılmışdılar. Salyan rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirovun və ATXƏM sədri İlham İsmayılovun iştirakı ilə ümummilli liderin abidəsi önünə həm Salyan rayon İH, həm də ATXƏM İB adından əklillər qoyulduqdan sonra tədbir rayonun Qaraçala qəsəbə stadionunda davam etdirildi.   Ətraflı

 
  ATXƏM Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı tədbirlər silsiləsinə başladı
(2 05 2008) | Baxılıb: 479 |
  Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə silsilə tədbirlər planı hazırlamışdır. Bu sıradan ilk tədbir, may ayının 1-də dövlət və hökumət adamlarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin və türkdilli ölkələrdən dəvət olunmuş qonaqların iştirakı ilə ATXƏM-in mərkəzi qərarqahında keçirildi.
dsc01425_1.jpg (418.24 Kb)
Tədbiri açıq elan edən ATXƏM-in sədri İlham İsmayılov ümummilli liderin Türk dünyası ilə bağlı xidmətlərindən söhbət açaraq qeyd etdi ki, “Heydər Əliyevin Türk dünyasının birliyi yönündəki ideyaları sözün mütləq mənasında XXI əsrin yeni dünya düzümündə türk ellərinin taleyini müsbət mənada həll edə biləcək bir proqramdır. Bu proqramın necə həyata keçiriləcəyindən çox şey, o cümlədən türk ellərinin öz iqtisadi, həmçinin mənəvi potensialının tam hüquqlu və şəriksiz sahibi olması kimi vacib bir faktorun taleyi asılıdır. Bu proqram sözün mütləq anlamında Türk ellərinin hər birinin siyasi mənafelərinin qorunmasına imkan verən strategiya mahiyyəti daşıyır.   Ətraflı

 
  ATXƏM 1918-ci il soyqırım qurbanlarının xatirəsini yad etmişdir
(31 03 2008) | Baxılıb: 398 |
  dsc01300.jpg (440.3 Kb)dsc01302.jpg (331.47 Kb)Xəbər verdiyimiz kimi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi “31 Mart – Azərbaycanlıların Soyqırım Günü” münasibətilə silsilə tədbirlər planı hazırlamışdır. Mart ayının 27-də Azərbaycanı 1918-ci ildə bolşevik-daşnak qırğınlarından xilas etmiş Qafqaz İslam Ordusunun Neftçala rayonunun Seyidlər kənd məzarlığında dəfn olunmuş 10 şəhidinin qəbiri üzərində ucaldılmış Xatirə Abidəsinin ziyarəti ilə başlayan bu tədbirlər silsiləsi sonrakı günlərdə ATXƏM-in mərkəzi ofisinin konfrans zalında 1918-ci il qırğınlarına həsr olumuş elmi-praktik konfranslarla davam etdi.   Ətraflı

 
  ATXƏM-in fəaliyyət dairəsi genişlənir
(31 03 2008) | Baxılıb: 783 |
  Fəaliyyətə başladığı 4 ay ərzində ATXƏM özünü nəinki təkcə Azərbaycanda, ümumən bütün Türkdilli dövlətlərdə və Avropa ölkələrində ciddi qurum kimi tanıtmağa müvəffəq olmuşdur. Ən əsası odur ki, bu ciddi təşkilat imici sadəcə bir reklam mahiyyəti daşımayaraq, real faktlara və konkret işlərə söykənən bir gercəklik kimi qəbul olunur. Məhz bu ciddiyyətin məntiqi sonluğu olaraq ATXƏM-in digər Türk dövlətlərindən, toplumlarından və digər ölkərdən olan nümayəndəliklərinin və üzvlərinin sayı durmadan artır.
dsc01283.jpg (282.29 Kb)dsc01285.jpg (254.36 Kb)
Və məhz bu gerçəklik ATXƏM-in təşkilati strukturunun da genişləndirilməsi zərurətinə vəsilə olub. Ümumi vəziyyəti tam ciddiyyəti ilə təhlil edən ATXƏM İdarə Heyəti özünün 30 mart tarixli iclasında təşkilatın Türkiyə Cümhuriyyətində və Ukraynada daimi fəaliyyət göstərəcək rəsmi nümayəndəliklərinin yaradılması haqqında qərar qəbul etmişdir.
  Ətraflı

 
« qeriyə   1 2 3 ... 11 [12] 13 14  sonra »
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi