SOYQIRIM
(31 03 2008) | Baxılıb: 528 |
  d_dsmayilov_21.jpg (179.75 Kb)
İlham İSMAYILOV,
Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin sədri


250 İLLİK FACİƏLƏR TARİXİ
Erməni təcavüzünə qarşı mübarizənin real yolu bu tarixin tam ciddiyyətlə öyrənilməsindən və gənc nəslin bu həqiqətlər müstəvisində tərbiyələndirilməsindən keçir.

Artıq onuncu ildir ki, ümumilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə mart ayının 31-i «Azərbaycanlıların soyqırımı günü» kimi qeyd olunur. Bəli, azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qoyulması təkzibimümkünsüz tarixi reallıqdır və bu bəşəri cinayətlərin tarixi bəzi ədəbiyyatlarda israr olunduğu kimi son bir əsrin çərçivəsi ilə məhdudlaşmayaraq, azı iki yüz əlli illik bir tarixi əhatə edir. Belə ki, lk dəfə 1769-1774-cü illər Rusiya - Türkiyə müharibələri zamanı erməni kəndləri Türkiyənin əleyhinə çıxmaq qədər gözlənilməz bir cəsarət nümayiş etdirdilər və 1780-ci ildə erməni tacirləri Rusiya rəsmiləri ilə Türkiyə - İran sərhədlərinin kəsişdiyi ərazidə erməni dövləti yaratmaq barədə sövdələşmələrə başladılar. Hətta A.V.Suvorov onlara söz verdi ki, «bu istək, nəyin bahasına olur-olsun, reallşadırılacaq».   Ətraflı

 
  ATXƏM sədrinin müşaviri Beynəlxalq Simpoziumda məruzə ilə çıxış etmişdir
(28 03 2008) | Baxılıb: 333 |
  ghllu_yolodlu01.jpg (257.79 Kb)Türk Dil Qurumu ilə Harran Universitetinin dil-ədəbiyyat fakultəsinin birgə təşkil etdiyi Beynəlxalq Elmi Simpoziuma Yunanıstan, Macarıstan, Ukrayna, Şimali Kipr, Azərbaycan və Türkiyədən olan 60-dan çox alim dəvət edilib. Öz işinə martın 25-də Şanlıurfada başlayan simpoziumda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı, filologiya elmləri namizədi, tarix elmləri doktoru, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Güllu Yoloğlu təmsil edir.   Ətraflı

 
  ATXƏM Türk şəhidlərinin məzarını ziyarət etdi
(28 03 2008) | Baxılıb: 340 |
 
dsc01226.jpg (375.07 Kb)dsc01231.jpg (293.59 Kb)dsc01237.jpg (265.36 Kb)dsc01243.jpg (285.98 Kb)
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin ( ATXƏM) rəhbərliyi və üzvləri 31 Mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar tədbirlər planı çərçivəsində TÜSİAB və TRT Azərbaycan nümayəndəliyinin rəhbəri, eləcə də Səlyan və Neftçala ziyalıları ilə birgə Azərbaycanı 1918-ci ildə bolşevik-daşnak qırğınlarından xilas etmiş Qafqaz İslam Ordusunun Neftçala rayonu ərazisində şəhid olmuş qəhrəman əsgərlərinin məzarlarını ziyarət etmiş, abidə önünə əklil qoymuşlar.
Neftçala rayonunun Seyidlər kənd məzarlığında uyuyan 10 şəhidin qəbirləri üzərində ucaldılmış Xatirə Abidəsi önündə düzənlənən mitinqi giriş sözü ilə açan ATXƏM sədrinin müavini, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov ilk sözü ATXƏM sədri İlham İsmayılova verdi.
  Ətraflı

 
  ATXƏM-də Novruz Bayramı qeyd olundu
(25 03 2008) | Baxılıb: 396 |
  dsc01159.jpg (305.57 Kb)dsc01161.jpg (291.96 Kb)Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi martın 20-də Novruz Bayramı münasibəti ilə Türk Dövlətlərinin Bakıdakı səfirliklərinin iştirakı ilə tədbir düzənlədi.
Mərasimdə Qazaxıstanın Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Serik Primbetov xanımı ilə birlikdə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin Maliyyə Müşaviri Bünyamin Özgür, Türkiyə Cümhuriyyəti Başnazirliyinin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) Azərbaycan üzrə Proqram Koordinatoru Serhat Küçükkurt və onun müavini Nihal xanım Ərsoy, TUSİAB-ın İdarə Heyətinin üzvləri, Atatürk liseyinin Direktoru Şinasi Güner, Ukrayinalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri Fərhad Turanlı, İraq Türkmən Tələbələr Birliyinin üzvləri və digər qonaqlar iştirak edirdi.
dsc01170.jpg (377.41 Kb)dsc01175.jpg (348.12 Kb)dsc01182.jpg (345.7 Kb)dsc01186.jpg (296.96 Kb)
Tədbiri açıq elan edən ATXƏM-in sədri İlham İsmayılov qonaqları bayram münasibəti ilə təbrik etdi və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. ATXƏM-in Beynəlxalq əlaqələrinin inkişafı üçün Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Ukrayina və digər ölkələrlə əlaqələrin qurulmasının vacibliyini qeyd etdi.   Ətraflı

 
  ATXƏM-in beynəlxalq nüfuzu günbəgün artır
(17 03 2008) | Baxılıb: 399 |
  Hədəfi dünyaya səpələnmiş Türk ellərinin tarixi haqqını – mədəni, mənəvi və ictimai-iqtisadi birliyini bərpa etmək olan ATXƏM yarandığı gündən etibarən öz məqsədinə doğru inamlı addımlarla irəliləyir. Məhz bu cür məqsədyönlülüyün nəticəsidir ki, fəaliyyətə başladığı 4 ay ərzində ATXƏM özünü nəinki təkcə Azərbaycanda, ümumən bütün Türkdilli dövlətlərdə ciddi qurum kimi tanıtmağa müvəffəq olmuşdur. Ən əsası odur ki, bu ciddi təşkilat imici sadəcə bir reklam mahiyyəti daşımayaraq, real faktlara və konkret işlərə söykənən bir gercəklik kimi qəbul olunur. Məhz bu ciddiyyətin məntiqi sonluğu olaraq ATXƏM-in digər Türk dövlətlərindən və toplumlarından olan üzvlərinin sayı durmadan artır.
dsc_0119.jpg (220.29 Kb)dsc_0121.jpg (209.89 Kb)
Türk tarixinin ünlü araşdırmaçılarından olan qazax alimi, Qazaxıstan Sosial Elmlər Akademiyasının həqiqi üzvü, “Alaş” tarixi tədqiqatlar Mərkəzinin prezidenti Xayrulla Qabjalilov ATXƏM-in xarici ölkə vətəndaşı olan ilk üzvü olsa da, bu gün bu sırada dayananların kontingenti xeyli genişdir.




dsc01124.jpg (359.91 Kb)Artıq Qazaxıstan İqtisadiyyat və Konsaltinq Universitetinin rektoru, professor Abdiali Nurmanov, Türkiyənin məşhur “MTW – Biotexnik Medikal” şirkətinin sahibi Mustafa Konyalıoğlu ATXƏM üzvü olmaq üçün rəsmi müraciət etmişdir və təşkilatın idarə heyəti bu müraciətləri müzakirə edərək hər ikisinə müsbət rəy vermişdir.   Ətraflı

 
  ATXƏM Miryusif Mirnəsiroğlunun 70 illik yubileyini qeyd etdi
(14 03 2008) | Baxılıb: 336 |
  dsc01103.jpg (420.43 Kb) Bu günlərdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Yazıçıları, Jurnalistləri və Tetar Xadimləri İttifaqının üzvü, “Simurq” mükafatı laureatı şair-dramaturq Miryusif Mirnəsiroğlunun 70 illik yubileyini qeyd etdi. Tədbirdə şairin qələm dostları, oxucuları və ictimaiyyət numayəndələri iştirak edirdilər.   Ətraflı

 
  ATXƏM Yasamal rayon 10 saylı uşaq bağçasını ziyarət etmişdir
(14 03 2008) | Baxılıb: 353 |
  dsc01029.jpg (413.78 Kb)dsc01043.jpg (299.79 Kb)
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbərliyi - sədr İlham İsmayılov, sədr müavini Şəmistan Əlizamanlı, icraçı katib Salman Vilayətoğlu və tərcüməçi-referent Səadət Ramazanlı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakı şəhəri Yasamal rayonu 10 saylı uşaq bağçasını ziyarət etmişdir.
İlk öncə bağça ilə yaxından tanış olan ATXƏM rəhbərliyi bağça müdirəsi Validə xanımın müşayiəti ilə burada uşaqların rahatlığı üçün düzəldilmiş təbiəti əks etdirən guşə ilə yaxından tanış olmuşlar.
dsc01060.jpg (413.2 Kb)dsc_0158.jpg (368.85 Kb)Qonaqaları düzənlədikləri musiqi nömrələri ilə qarşılayan uşaqlar, şer söyləmiş, rəqs nümunələri və kiçik tamaşa nömrələri göstərmişlər.   Ətraflı

 
  ATXƏM əlaqələrini genişləndirməkdə davam edir
(5 03 2008) | Baxılıb: 386 |
  ataturk_univ_1.jpg (424.79 Kb)Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) yarandığı az bir müddətdə bir sıra mühüm işləri həyata keçirmişdir. Məlum olduğu kimi fevral ayının 25-də Türk dünyasının böyük oğlu, qırğız yazıçısı Çingiz Aytmatov ATXƏM-in yeni ofisinin açılışını etmişdir. Elə həmin gün də ATXƏM ünlü yazarla respublika ziyalılarının görüşünü keçirmişdir. Bundan başqa Türkiyədən, Qazaxıstandan və digər türkdilli ölkələrdən gəlmiş elm adamları və ictimaiyyət nümayəndələri də təşkilatın qonağı olmuşdur.   Ətraflı

 
« qeriyə   1 2 3 ... 12 [13] 14  sonra »
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi