ATXƏM-in dəstəyilə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı" nəşr olundu
(20 05 2010) | Baxılıb: 162 |
 
dsc06038k.jpg (164.85 Kb)dsc06040k.jpg (154.33 Kb)Mayın 15-də Azərbaycanda Atatürk Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın - ("Turkic World Mathematics Society Journal of Pure and Applied Mathematics") nəşr olunmuş birinci nömrəsinin təqdimatı keçirilmişdir. Jurnal Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəyi ilə nəşr olunmuşdur.
Xatırladaq ki, Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunmuşdur. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir.
Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), növbəti konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), üçüncü konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilmişdir.
Almatıda keçirilən konqresdə jurnalın təsisi haqqında qərar qəbul olunmuşdur. Jurnalın nəşri Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna həvalə edilmişdir.   Ətraflı

 
  Dəmirqapı Dərbənddə “Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda konfrans keçirildi
(17 05 2010) | Baxılıb: 175 |
 
dsc02547k.jpg (72.83 Kb)dsc02521k.jpg (74.44 Kb)dsc02564k.jpg (66.22 Kb)





Mayın 14-də Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə “Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Dərbəndin qədim məkanlarından biri olan “Maqal”da yerləşən 3 saylı şəhər gimnaziyasının konfrans zalında keçirilən tədbirdə çıxış edən Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin sədri Seyran Rəhimov konfransın keçirilməsi ilə bağlı məlumat verdi, tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilatçıların xüsusi fəallıq göstərdiyini bildirdi.Konfransda Dərbənd şəhəri merinin səlahiyyətlərini icra edən İmam Yarəliyev çıxış edərək, konfransın keçirilməsinin şəhərin ictimai həyatında mühüm hadisə olduğunu vurğuladı və Dərbəndin qədim tarixinin öyrənilməsi, gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söylədi.
  Ətraflı

 
  Ulu öndər Heydər Əliyevin 87 illik yubileyinə həsr olunan voleybol turniri keçirildi
(17 05 2010) | Baxılıb: 125 |
 
dsc02434k.jpg (329.55 Kb)dsc02442k.jpg (338.55 Kb)Mayın 1-7-də “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin təşkilatçılığı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəstəyilə Ulu öndər Heydər Əliyevin 87 illik yubileyinə həsr olunan kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turniri keçirildi. Turnirdə 19 komanda 4 qrupda mübarizə aparırdı.
Bir həftə ərzində davam edən gərgin mübarizə şəratində keçən, qəzet və televiziyaların qatıldığı turnirdə rəqabət o qədər güclü idi ki, birdən-birə bir neçə komanda qalib olmağa real namizəd sayılırdı.   Ətraflı

 
  Əsas işimizi Хocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində qurmalıyıq
(12 05 2010) | Baxılıb: 97 |
  ris2.jpg (25.1 Kb)

İlham İsmayılov: "Bu istiqamətdə ictimai təşkilatlar daha çoх fəallıq nümayiş etdirməlidirlər"

ris1.jpg (891.75 Kb)"Başlıca məqsədimiz budur ki, fəaliyyətimizi aktivləşdirək, Azərbaycan həqiqətləri, başımıza gətirilən müsibətləri daha geniş mənada dünya ictimaiyyətinə çatdıraq"
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri deportasiya və soyqırım siyasətinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə "Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi də il ərzində bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutub.
Bu barədə məlumat verən mərkəzin sədri İlham İsmayılov ermənilərin soyqırım siyasəti və Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması məqsədilə mayın 29-da Türkiyənin paytaхtı Ankarada beynəlхalq konfrans keçiriləcəyini deyib. Bildirib ki, anoloyi tədbirlərin digər türkdilli respublikalar və Avropa ölkələrində də keçirilməsi qarşıya məqsəd qoyulub.   Ətraflı

 
  Birlik jurnalının 6-cı sayı nəşr olundu
(6 05 2010) | Baxılıb: 120 |
 
picture_011k.jpg (1.24 Mb)picture_010k.jpg (1.06 Mb)Jurnalın 6-cı sayında Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq” başlığı ilə son çıxışlarına geniş yer verilib. “Sərhəd açılımında bölgə iddiaları”, TürkSAM başkanı Sinan Oğanın “Ermənistanı “Doğru” anlamaq” yazısında və TADEV başkanı Bilal Dündarın müsahibəsində Dağlıq Qarabağ problemi Türkiyə-Ermənistan protokolları fonunda analiz edilib.
Türkdilli dövlətlərin iqtisadi gələcəyinə həmişə diqqət ayıran jurnalda Beynəlxalq Valyuta Fondunun ekspertlərinin Türk dövlətləri iqtisadiyyatı ilə bağlı analizləri və proqnozları şərh olunub.
Jurnalın bu sayında ATXƏM sədri İlham İsmayılovun 50 illik yubileyinə də xüsusi önəm verilərək, onun həyat və fəaliyyəti, ATXƏM-in gördüyü işlər ətraflı işıqlandırılıb.   Ətraflı

 
  ATXƏM “3 May Türkçülük Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirdi
(3 05 2010) | Baxılıb: 143 |
 
dsc_0030.jpg (414.01 Kb)dsc_0002.jpg (532.81 Kb)Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Salyan rayonunda “3 May Türkçülük günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirdə Dövlət və hökumət nümayəndələri, Türkiyənin ölkəmizdəki səfirliyinin, bir sıra qeyri-hökumət təşkilatlarının numayəndələri, elm adamları, ziyalılar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə, Türk dünyasının böyük fikir adamı Əli bəy Hüseynzadənin və İstiqlal şairi Xəlil Rza Uluturkün abidələri önünə əklillər qoymuş, bu dahi şəxsiyyətlərin xatirəsini ehtiramla yad etmişlər.   Ətraflı

 
  İlham İsmayılov - 50
(3 05 2010) | Baxılıb: 176 |
 
dsc_0123k.jpg (330.99 Kb)dsc_0129k.jpg (472.84 Kb)May ayının 1-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılovun 50 yaşı tamam oldu. Bu münasibətlə doğulub boya-başa çatdığı Salyan rayonunun Qaraçala qəsəbəsində İlham İsmayılovun 50 illik yubileyi geniş qeyd olundu. Yubiley tədbirində Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin üzvü Əkrəm Abdullayev, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədli, Türkiyə böyük elçiliyinin mədəniyyət müşaviri Aytəkin Yılmaz, Türkiyə “Eko Avrasiya” təşkilatının başkanı Hikmet Eren, Ankara Folklor Araşdırma dərnəyi başkanı Sami Narter, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və İdarə Heyətinin üzvləri, Mətbuat Şurasının icra katibi Rəhim Hüseynov, “Türk Birliyi Uğrunda” İctimai Koalisiyanın üzvləri, QHT və Media rəhbərləri, el ağsaqqalları, ziyalılar, elm adamları və geniş ictimayyət nümayəndələri iştirak edirdi.   Ətraflı

 
  TürkSAM başkanı Sinan Oğan ATXƏM-in qonağı oldu
(30 04 2010) | Baxılıb: 114 |
 
Görüşdə ATXƏM-in may ayının 29-da Ankara şəhərində keçirəcəyi beynəlxalq konfransın gündəliyi müzakirə olundu.

dsc06020kk.jpg (146.49 Kb)dsc02091k.jpg (184.82 Kb)Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) başkanı Sinan Oğan aprelin 29-da Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyevin də iştirakı ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonağı oldu.
Görüşdə TürkSAM-la ATXƏM arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və Türkiyə-Ermənistan arasında imzalanan protokollardan sonra regionda baş verən geo-siyasi vəziyyət müzakirə olundu.
TürkSAM başkanı Sinan Oğan ATXƏM-in 29 may 2010-cu il tarixində Ankara şəhərində TürkSAM-ın konfrans zalında birgə keçiriləcək Dağlıq Qarabağ probleminə həsr olunmuş beynəlxalq konfransın təşkili ilə bağlı geniş məlumat verdi. Konfransın gündəliyi və birgə işçi qrupun formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Dağlıq Qarabağ probleminin həllində Türkdilli Dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması” layihəsi çərçivəsində həyata keçiriləcək beynəlxalq konfransın daha effektli alınması üçün Avropada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının iştirakı da vacibdir. Sinan Oğan Azərbaycan və Türkiyə QHT-ləri arasında bu səviyyədə beynalxalq konfransın ilk dəfə gerçəkləşəcəyinə də diqqət çəkdi.

ATXƏM-in
Mətbuat xidməti
  Ətraflı

 
« qeriyə   1 [2] 3 ... 12 13 14  sonra »
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi