ATXƏM Xocalı şəhidlərinin abidəsini ziyarət etdi.
(27 02 2009) | Baxılıb: 209 |
  26 fevral 2009-cu il Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin (ATXƏM) İdarə Heyəti, katibliyinin işçiləıri və çoxsaylı üzvləri, həmçinin AR Prezident Aparatının siyasi-ictimai şöbəsinin sektor müdiri Q.Əliyev Xətai rayonunda yerləşən “Ana harayı” Xocalı soyqırım abidə kompleksini ziyarət etdilər. ATXƏM adından Xocalıda şəhid olmuş soydaşlarımızin əziz xatirəsinə ehtiram əlaməti olaraq əklil qoyuldu və onların xatirəsi sükutla yad edildi. Natiqlər bildirdilər ki, Xocalıda baş vermiş qətliyam, təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım deyil, həmçinin bütün Türk dünyasına, millətinə, insanlığa qarşı törədilmiş bir cinyətdir. XXI əsrdə dünyanın gözü qarşısında bütöv bir şəhərin yer üzündən silinməsi və indiyə qədər bu qətliyam öz hüqusi-siyasi qiymətini almaması bizim vicdanımızı sızladır. Ona görə də biz bir millət olaraq böyük Türk dünyasının bir parçasıyıq və bu işdə bütün Türk dünyası oz köməyini əsirgəməməlidir, böyük əzmlə mübarizə aparmalıdır.dsc03772.jpg (453.58 Kb)dsc03766.jpg (435.99 Kb)dsc03769.jpg (413.37 Kb)   Ətraflı

 
  “BİRLİK” dərgisinin növbəti – üçüncü sayı çap olundu
(30 01 2009) | Baxılıb: 236 |
  Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan “Birlik” dərgisinin növbəti sayı dərc olundu. untitled2.jpg (144.51 Kb)untitled3.jpg (96.37 Kb)
Dərginin üçüncü sayi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı müraciəti ilə başlayır. Müraciətdə bir təşkilat olaraq ATXƏM hesab edir ki, Azərbaycanı sürətli dinamik inkişaf relslərinə çıxarmış ideyaların yarımçıq qalmasına heç bir halda yol vermək olmaz və Konstitusiyaya təklif olunan dəyişikliklər bu mənada qətiyyətlə dəstəklənməlidir. Çünki böyük idealların gerçəkləşməsi böyük zaman və səbr tələb edir.
Daha sonra dərgidə Azərbaycanın mədəniyyəti, tarixi, diaspora təşkilatlarının fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən maraqlı məqamlar oxucuların nəzərinə çatdırılır.   Ətraflı

 
  Xalq artisti Rasim Balayev ATXƏM-in qonağı oldu.
(30 01 2009) | Baxılıb: 272 |
  2009-cu il yanvar ayının 24-də ATXƏM-in ofisində Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayevlə görüş keçirildi. “Mir” Televiziyasının və Tacikistan Respublikasının xüsusi müxbiri, Rahmatşoeva Nərgizin həmin görüşdə iştirakı ATXƏM tərəfindən təşkil olunmuşdu.dsc03657.jpg (439.21 Kb)dsc03660.jpg (416.35 Kb)Görüşdə Prezident Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, ATXƏM sədri İ.İsmayılov, ATXƏM-in icraçı katibi Salman VİLAYƏTOĞLU iştirak etmişdilər.
Rahmatşoeva Nərgiz Rasim Balayevin baş rolda çəkildiyi bir neçə filmi tacik dilinə tərcümə etmişdir. Bu layihənin davamı olaraq ATXƏM-in təşəbbüsü ilə “Hüseyn Cavid” filminin tacik dilinə tərcümə edilməsi qərara alındı. Bu işdə ATXƏM sədri İ.İsmayılov əlindən gələn köməkliyi göstərməyə hazır olduğunu bildirdi. Rasim Balayev ATXƏM-in fəaliyyəti ilə yaxından tanış oldu, Azərbaycan və Türk xalqlarının birliyi naminə şərəfli yolda ATXƏM-ə uğurlar arzuladı.   Ətraflı

 
  The statement of administrative personnel of Cooperation Centre of Azerbaijanis and other Turkish language peoples
(19 01 2009) | Baxılıb: 261 |
  Intensify in cultural-spiritual integration of Turkish states and unity is a dictating necessity period of time and modern geopolitical realities. And assessing political realities, leaders of modern Turkish states and unity demonstrating political will it is a estimable circumstance to raise priority level of foreign policy every Turkish states, at the same time it is a wide activity opportunity for each Turk, who to feel proud of its national belonging. And it seems that, only this realty, political leaders demonstrating solidarity in principal matter, as a serious cause anxiety of some circles, was secured this unity from below in the level of political leaders, they undertake as to shock with hand of the masses to very sly means, activities of Qars municipality during last years “Day of Khojaly genocide” organize of entertainment feast to representative of the diplomatic bodies in Turkey And other analogical being from this kind events, especially saleable in at the end, 2008 must be understood. "Campaign beg pardon from Armenians" improved in at the end, 2008 must be understood during a few years as appearance of this nasty intention.
The most serious suitable time force, joining to plays of this kind of the Turkey society understanding in this context.   Ətraflı

 
  Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı B Ə Y A N A T I
(9 01 2009) | Baxılıb: 163 |
  Cəmiyyətlərin inkişaf səviyyəsinin göstəricilərindən biri, müasir parametrlər baxımından isə birincisi, onun özünütənzimləmə funksiyasının hərəkətverici qüvvəsi olan hüquqi bazadır. Hüquqi bazanı formalaşdıran qanunvericilik aktları nə qədər təkmil, qanunların işləmə mexanizmi nə qədər praktik, cəmiyyətin qanunlara əməl etmə əmsalı nə qədər yüksək olarsa, özünütənzimləmə indeksi də düz mütənasib qaydada qaneedici olar. Bir sözlə, bu və ya digər cəmiyyətin özünüidarə əxlaqının səviyyəsi qanunlarının mükəmməlliyi ilə şərtlənir, yəni qanunlar sosial zümrələrin mənafelərini nə dərəcədə dolğun əks etdirirsə, cəmiyyətin ayrı-ayrı kəsimlərinin qanunları həyat norması kimi qəbul etmələri də bir o qədər asan olur. Təbii ki, cəmiyyət həyatının bütün sahələrini və cəmiyyətin bütün sosial zümrələrinin, ictimai-siyasi kəsimlərinin mənafelərini əbədiyaşar bir qanunla ifadə etmək sadəcə mumkunsüzdür. Odur ki, zaman və məkanından, ictimai-siyasi formasiya fərqlərindən asılı olmayaraq bütün dövlətlərdə onlarla, yüzlərlə qanunlar qəbul edilir və bu qanunlar vasitəsilə təsbitlənmiş səlahiyyətlər, tabular cəmiyyətdəki ictimai-siyasi mövqeyindən asılı olmayaraq hər bir fərd üçün eyni dərəcədə təsir gücü olan normativlərə çevrilir. Amma bu, həmin qanunvericilik aktlarının ehkamlaşması demək deyil və heç bir şərt daxilində qanunlar doqma kimi qəbul oluna bilməz. Ən azı ona görə ki, qanun özlüyündə hüquqi normativ olsa da, cəmiyyətin maraqları ictimai-siyasi reallıqlarla funksionallaşır. Başqa sözlə, ictimai-siyasi reallıqların dəyişkənliyi bu və ya digər sahələrə şamil olunan qanunvericilik aktlarının müddəalarının yeni reallıqlara uyğunlaşdırılmasını labüdləşdirir. Məhz bu labüd uzlaşma mərhələlərində əyintilərə yol vermək istəməyən sivil toplumlar özlərinə mənsub dövlətlərin strateji hədəflərini, o hədəflərə yetmək üçün zəruri olan hüquqi normativləri, deməli həm də qanunvericilik yaradıcılığının ümumi prinsiplərini müəyyənləşdirən Ana YASA, Konstitusiya qəbul edirlər.   Ətraflı

 
  ATXƏM bir illik fəaliyyəti barədə hesabat verdi
(5 01 2009) | Baxılıb: 354 |
  2007-ci il dekabrın 30-da rəsmən fəaliyyətə başlamış ATXƏM İctimai Birliyi 2008-ci il ərzindəki fəaliyyətinə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Səbail” İstirahət Mərkəzində düzənlədiyi bayram ziyafəti ilə yekun vurdu.

004.jpg (189.96 Kb)002.jpg (187.76 Kb)Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyətinin tam tərkibinin, çoxsaylı ictimai təşkilat və KİV nümayəndələrinin, eləcə də respublikanın tanınmış ziyalılarının, ədəbiyyat və incəsənət xadimlərinin, türkdilli dövlətlərin, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarından dəvət olunmuş qonaqların qatıldığı bayram ziyafətindən öncə ATXƏM özünün bir illik fəaliyyəti barədə hesabat verdi. Tədbiri giriş sözü ilə açan ATXƏM İB İdarə Heyətinin sədri İlham İsmayılov bir il öncə Bakı Əyləncə Mərkəzində baş tutmuş ictimai təqdimat mərasimi zamanı verilmiş vədləri xatırladaraq qeyd etdi ki, ATXƏM bir qeyri-hökumət təşkilatı olaraq məramnamə və nizamnaməsi ilə müəyyənləşmiş vəzifələrin həlli yönündə inamlı, qətiyyətli addımlar atıb və bu intensivliyi bundan sonra da davam etdirmək əzmindədir. Çıxışını konkret faktlar üzərində quran natiq xüsusi olaraq vurğuladı ki, ATXƏM QHT bolluğu şəraitində nəinki kölgədə qalmadı, əksinə əsası ümummilli lider H.Əliyev tərəfindən qoyulmuş “Türk dövlətlərinin birliyi” ideyasını əldə rəhbər tutaraq yüzlərlə təşkilatın on illərlə görə biləcəyi işlərə bərabər səviyyədə uğur qazanmaqla, təkcə Azərbaycanda yox, Orta Asiya türk cümhuriyyətlərində, Türkiyədə, Qaqauz Elində, Rusiya Federasiyasındakı türkdilli subyektlərdə tanındı.   Ətraflı

 
  ATXƏM 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2009-cu təqvim ili ərəfəsində Yasamal rayon 10 saylı uşaq bağçasını ziyarət etmişdir
(5 01 2009) | Baxılıb: 162 |
  dsc03514.jpg (156.48 Kb)dsc03511.jpg (235.73 Kb) Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbərliyi - sədr İlham İsmayılov, icraçı katib Salman Vilayətoğlu, ictimai əlaqələr üzrə referent Əlirzayev Telman, tərcüməçi-referent Səadət Ramazanlı və digər əməkdaşlar 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2009-cu təqvim ili münasibəti ilə Bakı şəhəri Yasamal rayonu 10 saylı uşaq bağçasını ziyarət etmişdir. Qonaqları düzənlədikləri musiqi nömrələri ilə qarşılayan uşaqlar, şer söyləmiş, rəqs nümunələri göstərmişlər.
Bağçanın şəraitindən və uşaqların hazırlıqlarından məmnun qalan ATXƏM rəhbərliyi bağçanın müdirəsi Validə xanıma ATXƏM-in diplomunu, balaca balalara isə ATXƏM adından televizor və bayram hədiyyələri təqdim etmişdir.   Ətraflı

 
  Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaslıq Mərkəzi (ATXƏM) İctimai Birliyi İdarə Heyəinin 31 Dekabr - Həmrəylik Günü münasibəti ilə T Ə B R İ K M Ü R A C İ Ə T İ
(29 12 2008) | Baxılıb: 146 |
  Əziz həmvətənlər!

azerbaycan_1jpg.jpg (68.06 Kb)Bəşəri sivilizasiyanın təkamülündə özünə məxsus rolu olmuş Azərbaycan türklərinin bu gün tarixi reallıqlar səbəbiylə dünyanın hər yerinə səpələndiyi qaçılmaz gerçəklikdir. Amma bu bizim parçalanmamız kimi dəyərləndirilə bilməz. Çunki bütün türk boyları kimi Azərbaycan türkünün də ruhuna Oğuzdan, Dədə Qorquddan keçib gələn bir mənəvi dəyər – Yurda, Elə, Dilə sahiblik dəyəri hakimdir. Və nə xoşdur ki, Azərbaycan türkünün ruhundan süzüləcək Odlar Yurdunda yaşayan bütün etnoslar üçün həyat qayəsinə çevrilmiş bu dəyər bu gün də min-min illər öncəki qədər yaşarıdır. Və məhz bu ruh bizə dünyaya səpələnmiş 50 milyon Azərbaycan türkünün, eləcə də tarixi yurdu Azərbaycan olan hər bir həmvətənimizin qəlbinin Vətənlə həmahəng döyündüyünü düşünməyə imkan verir.
Əziz həmvətənlər!
Bildiyimiz kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bizim birliyimizi gələcəyimizin qarantı kimi dəyərləndirirdi və bu birlik naminə mümkün olan hər şeyi etmişdi. Onun əsasını qoyduğu bu yol bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan Prezidenti hələ 2003-cü ildə bəyan etdiyi kimi “mən dünyadakı 50 milyon azərbaycanlının hər birinin prezidenti olmağa çalışacam” vədinə sözün tam mənasında əməl edib və etməkdə davam edir. Məhz bu siyasi iradənin nəticəsidir ki, bu gün hər bir Azərbaycan vətəndaşı özünü milli sərvət və dəyərlərinin alternativsiz sahibi kimi hiss edir, bu və ya digər səbəbdən vətəndən kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycan Dövlətinin timsalında özünün müdafiəçisini görür, Azərbaycana pənah yeri kimi baxır! Bu, bizim XXI əsrdəki ən böyük nailiyyətimiz və gələcək uğurlarımızın bünövrəsidir. Gəlin bu nailiyyəti qoruyaq, bu bünövrənin möhkəmliyi naminə səy və qüvvələrimizi birləşdirək, Azərbaycan adını şərəflə yüksəldən Azərbaycan Prezidentinə arxa, dayaq olaq.
Tanrı bu yolda hər birimizə yar olsun!
31 Dekabr – Həmrəylik Gününüz mübarək!
  Ətraflı

 
« qeriyə   1 2 3 ... 8 [9] 10 ... 12 13 14  sonra »
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi