MQF İdarə Heyəti Salyanda səyyar müşavirə keçirdi
(25 01 2010) | Baxılıb: 150 |
 

dsc05662_kk.jpg (706.24 Kb)Yanvarın 23-də Salyan rayonu Qaraçala qəsəbəsində Milli QHT Forumu İdarə Heyətinin növbəti səyyar müşavirəsi keçirildi. Səyyar müşavirədə Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni, MQF İdarə Heyətinin üzvləri – Prezident yanında QHT-lərə Dəstək Şurasının üzvü, “Mülk” İctimai Assosasiyasının prezidenti Dilarə Vəliyeva, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Tərəqqi və Demokratiya Fondunun sədri, Prezident təqaüdçüsü Əhməd Qəşəmoğlu, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İB-nin sədri Davud Rəhimov, Zəngin Azərbaycan Uğrunda İB-nin sədri İradə Əliyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı iştirak edirdi. Xatırladaq ki, MQF İdarə Heyətinin ilk səyyar müşavirəsi iki ay öncə Qusar rayonunda keçirilmişdir.

dsc05675_kk.jpg (577.67 Kb)dsc05700_kk.jpg (1000.18 Kb)   Ətraflı

 
  “20 yanvar – 20 il”
(19 01 2010) | Baxılıb: 208 |
 
Milli QHT Forumu və ATXƏM bu mövzuda birgə tədbir keçirdi

dsc05605_k.jpg (515.95 Kb)dsc05608_k.jpg (473.96 Kb)Yanvarın 19-da “Qafqaz Point” otelinin konfrans zalında Milli QHT Forumu və “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” (ATXƏM) İctimai Birliyi “20 yanvar – 20 il” mövzusunda Dəyirmi Masa keçirdi. Tədbirdə dövlət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının nümayəndələri, tanınmış ziyalılar və QHT rəhbərləri iştirak edirdi.
Tədbirdə məruzə ilə çıxış edən AMEA Tarix İnstitunun direktor müavini, t.e.n. Cəbi Bəhramov 20 yanvar hadisələrinin mahiyyətindən bəhs edərək, qanlı 20 yanvar gününü Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bir gün kimi dəyərləndirdi və həmin günü milli-azadlıq tariximizin qürur duyulası bir səhifəsi adlandırdı.
dsc05618_k.jpg (441.59 Kb)dsc05627_k.jpg (421.84 Kb)“Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistan və onun havadarı olan keçmiş SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaldan xalqımızın üzərinə sovet ordusunun döyüş hissələri yeridilmiş və nəticədə Azərbaycanda misli görünməmiş bir faciə yaşanmışdır. 135 nəfərin (20-dən çox qadın, uşaq) qətlə yetirildiyi, 600-dən çox insanın yaralandığı o qanlı gecədə Bakıya Sovet imperiyasının 20 mindən çox qoşun kontingenti yeridilmiş, sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı genişmiqyaslı terror aktı həyata keçirmişdir.   Ətraflı

 
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi