Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
|
|
|
 |
(27 02 2010) | Baxılıb: 210 | |
 |
|
| |
 Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı 2010-cu ilin fevral ayının 24-28-də Avropanın paytaxtı Strasburq şəhərində silsilə tədbirlər həyata keçirib. Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, ATXƏM-in sədri İlham İsmayilov, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalılardan Nadir Orucov iştirak ediblər.
 Fevralın 26-da Fransada səfərdə olan Azərbaycan nümayəndə heyəti Fransanın Strasburq şəhərində Türk və Azərbaycan diaspor təmsilçiləri ilə görüşüblər. Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda ITIRI-Yazılı və Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycan Respublikasının Diaspora siyasəti, icrası və Azərbaycan Diasporasının əsas məsələləri" adlı konfransa qatılıblar. Ətraflı
|
|
|
|
|
|
|
 |
(19 02 2010) | Baxılıb: 161 | |
 |
|
| |
 Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) Azərbaycanda Türk topluluğu ilə əlaqəli fəaliyyət göstərən milli QHT-lərin görüşü keçirildi. Görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, “Yeddi Dövlət – Bir Millət” Dayanışma və Kültür Mərkəzinin Baş təmsilçisi Azər Həsrət, “Muasir İnkişaf” Birliyinin sədri Mübariz Aşırlı və Birliyin üzvləri Tariyel Farizoğlu və Fərman Salmanlı, BASE Araşdırmalar Mərkəzinin sədri Aygün Həsənoğlu, Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri Elnur Eltürk iştirak edirdi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(16 02 2010) | Baxılıb: 124 | |
 |
|
| |
 Milli QHT Forumunun prezidenti Rauf Zeyninin 50 yaşı tamam oldu. Bu münasibətlə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov MQF-nin mərkəzi ofisində yubilyarı təbrik etmişdir. Ətraflı
|
|
|
|
|
|
|
 |
(2 02 2010) | Baxılıb: 161 | |
 |
|
| |
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluya təbrik məktubu göndərib.
 Məktubda deyilir: “Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk plenar iclasında qurumun prezidenti postuna seçilməyiniz bizdə qürur və iftixar hissi doğurmuşdur. Avropa Şurası Parlament Assambleyası ilə ölkəmiz arasında münasibətlərə və əməkdaşlığa xüsusi əhəmiyyət verərək, bu mötəbər qurumla əməkdaşlığın ölkəmizin Avropa Birliyinə inteqrasiya olunmasında xüsusi rol oynadığını dərk edirik. İnanırıq ki, dünyada sülh və barışdan yana olan qardaş Türkiyə Cumhuriyyətinin AŞ PA-ya rəhbərliyi dönəmində insan hüquqları və azadlıqların təmin olunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin bərqarar olunması daha da möhkəmlənəcəkdir. Yola saldığımız 2009-cu il Türkdilli dövlətlər üçün birlik və dinamik iqtisadi inkişaf ili kimi tarixə keçdi. Ümid edirik ki, yenicə qədəm qoyduğumuz 2010-cu ildə də bu uğurlar davam edəcək, dost, qardaş Türkiyə Cumhuriyyəti aparıcı dünya dövlətləri içərisində öz layiqli yerini tutacaqdır. Ətraflı
|
|
|
|
|
|
|
 |
(1 02 2010) | Baxılıb: 199 | |
 |
|
| |
 Yanvarın 26-31-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə Türkiyənin “Kanal A” televiziyasının “Gəzgin” proqramının aparıcısı və rejissoru, eyni zamanda “First Business” jurnalının sahibi və baş redaktoru Abdullah Türksoy Azərbaycanda olmuş, Azərbaycanın tarixi, bu günü ilə əlaqədar geniş televiziya proqramı hazırlamışdır. Proqram Azərbaycanın tarixini, mədəniyyətini, azadlıq mücadiləsini, Dağlıq Qarabağ problemini, qaçqınların durumunu, ermənilərin Azərbaycanda törətdiyi soyqırımları əhatə etməklə, Qafqaz İslam Ordusunun Bakının qurtuluşundakı roluna da geniş diqqət ayrılmışdır. Ətraflı
|
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|