Ünvan: Bakı şəhəri, Səbail rayonu,
64-cü məhəllə, Neftçilər pr. 39;
Tel: (+99412) 4918313; Fax: (+99412) 4910796
athem2007@gmail.com
|
|
|
 |
(30 03 2010) | Baxılıb: 208 | |
 |
|
| |
  Martın 20-28-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev və ATXƏM-in sədr müavini Zeyqəm Süleymanov Türkiyədə işgüzar səfərdə olmuşlar. Səfər çərçivəsində nümayəndə heyəti martın 20-də İstanbul “Azeri Kültür Evi”nin qonağı olmuş, birgə əməkdaşlıq məsələlərini və son dövrlər Türk dünyası ilə bağlı gəlişmələri müzakirə etmişlər.
Daha sonra Azərbaycan nümayəndə heyəti İstanbul “Azeri Kültür Evi”nin mərkəzi ofisində Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkirlə görüşərək, Kazım Qarabəkir Paşanın erməni işğalçılarına qarşı Naxçıvanda apardığı mücadiləni, onun Türk dünyası ilə bağlı olan önəmli fəaliyyətini müzakirə etmişlər.
  Martın 21-də Azərbaycan nümayəndə heyəti “Kars-Ardahan-Iğdır Kalkınma Vakfının” İstanbulda düzənlədiyi Nevruz Şöleninde iştirak etmişlər. Ətraflı
|
|
|
|
|
|
|
 |
(16 03 2010) | Baxılıb: 127 | |
 |
|
| |
 Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) ötən ay Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluya göndərdiyi məktuba AŞ PA prezidentinden reaksiya gəlib. Qeyd edək ki, ATXƏM-in AŞ PA prezidentinə unvanladığı məktubda Türkiyə Cumhuriyyətinin AŞ PA-ya rəhbərliyi dönəmində insan hüquqları və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin bərqərar olunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə dəstəyin artırılmasına inam ifadə olunmuşdur. Ətraflı
|
|
|
|
|
|
|
 |
(12 03 2010) | Baxılıb: 125 | |
 |
|
| |
QHT rəhbərləri ilkin niyyət protokolunu qəbul etdi
 Martın 11-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) Azərbaycanda Türk dövlət və topluluqlarıyla əlaqəli fəaliyyət göstərən milli QHT-lərin növbəti görüşü keçirildi. Görüşdə ATXƏM sədri İlham İsmayılov, Türk Ocaklarının Bakı təmsilçisi Xalil Öztürk, “Tuqan Tel” Tatar Mədəniyyət Mərkəzinin sədri Gülcan Myasoutova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, “Yeddi Dövlət – Bir Millət” Dayanışma və Kültür Mərkəzinin Baş təmsilçisi Azər Həsrət, “Muasir İnkişaf” Birliyinin sədri Mübariz Aşırlı, Türk-İslam Araşdırmaları Mərkəzinin sədri Vüqar Zifəroğlu, “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Aygün Həsənoğlu, Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov, Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri Elnur Eltürk iştirak edirdi. Ətraflı
|
|
|
|
|
|
|
 |
(11 03 2010) | Baxılıb: 107 | |
 |
|
| |
 İlham İsmayılov: "Mehmet Əli Şahin bu dövlətlərin quruma cəlb olunmasına səy göstərəcəklərini bildirib"
Bu gün türkdilli ölkələr arasında milli birliyin möhkəmləndirilməsində, xalqlar arasındakı münasibətlərin qardaşlıq zəmininə keçməsində ictimai təşkilatların rolu böyükdür. Bu məqsədlə Türkdilli Ölkələrin Parlament Assambleyası da yaradılıb. Bununla belə, Orta Asiyada yerləşən türk respublikalarında milli məsələlərlə bağlı problemlərin olduğu bildirilir.
Bu və digər məsələlərə "Həftə içi"nə müsahibəsində Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov aydınlıq gətirdi.
- Son bir neçə ilə nəzər salsaq, istər 2006-cı ilin sentyabrında Antalyada keçirilən türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, istərsə də 2007-ci ilin dekabrında Bakıda keçirilmiş türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dövlətləri arasında birliyin və qarşılıqlı anlaşmanın əldə olunmasına təkan verib. Məhz bu qurultaylarda əldə edilən nəticələrin davamı idi ki, yola saldığımız 2009-cu ildə də bu proses daha da sürətlənib, türk birliyi yolunda atılan addımların reallaşdığı bir il olub. Belə ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci sammitinin sentyabr ayında Bakıda keçirilməsi və Türk dili ölkələrin Parlament Assambleyasının baş katibliyinin Bakıda yerləşməsi, daha sonra 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü ölkəmizin Türkiyə və Orta Asiyanın türkdilli ölkələriylə münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından çox mühüm addım olub. Bu zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin, eyni zamanda yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ideyası da türk dövlətlərinin birliyinin vacibliyini bir daha təsdiq edib. Bütün bu tədbirlərin isə Azərbaycanda keçirilməsi, təbii ki, ölkəmizin türk dünyası üçün yalnız iqtisadi deyil, eyni zamanda bir düşüncə mərkəzinə çevrildiyini də sübut edir. Ətraflı
|
|
|
|
|
|
Oğuz Xaqan: "Ey türk, titrə, özünə dön! Sən özünə dönəndə böyük olursan!"
|
Dədə Qorqud: "Torpağı əkmirsənsə qorumağa, qorumursansa, əkməyə dəyməz!"
|
İsmayıl Qaspralı: "Dildə, fikirdə, işdə birlik!"
|
Əlibəy Hüseynzadə: "Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq!"
|
Mustafa Kamal Atatürk: "Azərbaycanin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!"
|
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik!"
|
|