TürkSAM başkanı Sinan Oğan ATXƏM-in qonağı oldu
(30 04 2010) | Baxılıb: 114 |
 
Görüşdə ATXƏM-in may ayının 29-da Ankara şəhərində keçirəcəyi beynəlxalq konfransın gündəliyi müzakirə olundu.

dsc06020kk.jpg (146.49 Kb)dsc02091k.jpg (184.82 Kb)Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) başkanı Sinan Oğan aprelin 29-da Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyevin də iştirakı ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonağı oldu.
Görüşdə TürkSAM-la ATXƏM arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və Türkiyə-Ermənistan arasında imzalanan protokollardan sonra regionda baş verən geo-siyasi vəziyyət müzakirə olundu.
TürkSAM başkanı Sinan Oğan ATXƏM-in 29 may 2010-cu il tarixində Ankara şəhərində TürkSAM-ın konfrans zalında birgə keçiriləcək Dağlıq Qarabağ probleminə həsr olunmuş beynəlxalq konfransın təşkili ilə bağlı geniş məlumat verdi. Konfransın gündəliyi və birgə işçi qrupun formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Dağlıq Qarabağ probleminin həllində Türkdilli Dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması” layihəsi çərçivəsində həyata keçiriləcək beynəlxalq konfransın daha effektli alınması üçün Avropada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının iştirakı da vacibdir. Sinan Oğan Azərbaycan və Türkiyə QHT-ləri arasında bu səviyyədə beynalxalq konfransın ilk dəfə gerçəkləşəcəyinə də diqqət çəkdi.

ATXƏM-in
Mətbuat xidməti
  Ətraflı

 
  ATXƏM sədri AŞ PA prezidenti Mövlud Çavuşoğlu ilə görüşdü
(16 04 2010) | Baxılıb: 109 |
 
dsc01933k.jpg (185.26 Kb)Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu aprelin 15-də “Hayatt Regency” otelində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Prezident Administrasiyası ictimai-siyasi şöbənin sektor müdiri, ATXƏM İdarə Heyətinin üzvü Qafar Əliyevlə qeyri-rəsmi görüşdü.
Görüşdə AŞ PA prezidenti Mövlud Çavuşoğlu ATXƏM-in fəaliyyətiylə maraqlandı. ATXƏM-in sədri İlham İsmayılov görülən işlərlə bağlı AŞ PA prezidentinə geniş məlumat verdi.
Mövlud Çavuşoğlu indiki dövrdə Azərbaycanda QHT sektorunun mövcud vəziyyətinə münasibət bildirərək, ATXƏM-in region dövlətləri, o cümlədən Türkdilli ölkələrin ictimai təşkilatlarıyla əlaqələrinin yüksək səviyyədə qurulmasından məmnunluğunu ifadə etdi.   Ətraflı

 
  Dünya Axıska Türkləri Cəmiyyəti rəhbərliyi ATXƏM-də oldu
(16 04 2010) | Baxılıb: 109 |
 
dsc01910k.jpg (178.69 Kb)dsc01913k.jpg (201.1 Kb)Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyəddin Həsənovun rəhbərliyilə Azərbaycanda səfərdə olan böyük bir nümayəndə heyəti aprelin 15-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonagı oldu.
ATXƏM sədri İlham İsmayılov qonaqlara Mərkəzlə bağlı geniş məlumat verdi, həyata keçirilən beynəlxalq layihələrdə birgə əməkdaşlığın vacibliyini vurğuladı.
Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyəddin Həsənov da ATXƏM-lə tanışlıqdan məmnun olduğunu bildirərək, Türk birliyi yönündə fəaliyyət göstərən təşkilatların əlaqələrinin yaradılmasının vacib olduğunu bildirdi: “Bu gün bütün Türk dünyası üçün yaradılmış bir erməni problemi mövcuddur. Bizə qarşı əsassız ittihamlar səsləndirilərək, hər zaman təzyiq altında saxlamağa cəhd göstərilir. Ona görə də bütün Türk dünyası bu vəziyyətdən yalnız birləşərək çıxa bilərlər. Bizim də üzərimizə düşən əsas vəzifə Türk ictimai fikrini vahid bir mövqeyə gətirmək, bütün türk təşkilatlarının əməkdaşlığına nail olmaqdır. Bunun üçün birgə layihələr həyata keçirməli, əməkdaşlıq şəraitində işlərimizi davam etdirməliyik”.   Ətraflı

 
  Strasburq Universiteti Türkoloji departamentinin rəhbəri Stephane de Tapia ATXƏM-də oldu
(8 04 2010) | Baxılıb: 109 |
 
dsc01831_copy.jpg (376.97 Kb)Aprelin 5-dən Azərbaycan Slavyan Universitetinin dəvətiylə Bakıda olan Strasburq Universitetinin Elmi Araşdırmalar Mərkəzinin müfəttişi, Türkoloji departamentinin rəhbəri Stephane de Tapia bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) görüş keçirdi. Görüşdə Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni iştirak edirdi.   Ətraflı

 
  ATXƏM-də “Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş dəyirmi masa keçirildi
(8 04 2010) | Baxılıb: 105 |
 

dsc01670.jpg (141.05 Kb)dsc01666.jpg (137.55 Kb)
Martın 31-də ATXƏM-in ofisində “Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş dəyrimi masa keçirildi. Dəyrimi Masada Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Türkiyə səfirliyinin əməkdaşı, əmniyyət müşaviri İsmayıl Çalışkan Ukrayna səfirliyinin müşaviri Gennadi Şalev, Kür-Xəzər cəmiyyətinin sədri Akif Kərimov, Axıska Türklərinin Vətən Cəmiyyətinin sədri İbrahim Burhanov, Atatürk Litseyinin müdiri Şinasi Güner və müdür yardımçısı Fuat Demir, Dünya Türk Yazarlar Birliyi başkanı Əkbər Qoşalı, xalq artisti Niyaməddin Musayev və ziyalılar iştirak edirdi.   Ətraflı

 
  ATXƏM martın 31-də Quba soyqırım məzarlığında anım mərasimi keçirdi
(8 04 2010) | Baxılıb: 99 |
 

dsc01514.jpg (272.89 Kb)dsc01524.jpg (256.68 Kb)Mart ayının 31-i «Azərbaycanlıların soyqırımı günü» kimi qeyd olunur. Tarixi facilərimizi ictimai diqqətdə saxlamaq və dünya ictimayyətinə çatdırmaq üçün var gücünü səfərbər etmiş Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) 1918 il faciələrinin 82-ci ildönümü münasibətilə Qubada rayon İcra Hakimiyyətiylə birgə tədbir keçirdi.
Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Quba rayon İH-nin başçısı Rauf Həbibov, TÜSİAB rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Ukrayna səfirliklərinin nümayəndələri, ziyalılar, QHT və Media nümayəndələri və Quba rayon ictimayyət nümayəndələri iştirak edirdi.   Ətraflı

 
  ATXƏM sədri Ankarada TÜRKSAM-ın keçirdiyi "BEYİN FIRTINASI" dəyirmi masasında iştirak etdi
(8 04 2010) | Baxılıb: 128 |
  dsc01447_copy.jpg (376.97 Kb)dsc01453_copy.jpg (376.97 Kb)
Martın 26-da isə ATXƏM sədri TÜRKSAM başkanı Sinan Oğanın dəvətiylə TÜRKSAM-da düzənlənən “Erməni sorunu” adlı beyin fırtınası toplantısına qatılıb. Toplantıda “Türkiyə-Ermənistan-Azərbaycan əlaqələri; Protokollar və Erməni Tasarıları” mövzusu ekspertlər tərəfindən müzakirə olunub. Əsas müzakirə olunan məsələlərdən biri Ermənistan və erməni diasporunun 2015-ci ildə, yəni 1915-ci ildə ermənilərin uydurduğu “soyqırım” iddialarının 100 illiyi dönəmində Türkiyənin aparacağı siyasət müzakirə olunmuşdur.
TÜRKSAM başkanı Sinan Oğanın rəhbərliyi ilə keçən beyin fırtınasında Türkiyə Xarici İşlər Nazirliyinin Müsteşar yardımçısı Ünal Çevilöz, Türk Tarih Kurumu eski başkanı və Qazi Universiteti Strateji Araşdırmalar Mərkəzi başkanı Yusif Halaçoğlu, Avrasiya İncəmələri Mərkəzi (AVİM) eksperti Oya Eren, Türkiyə Ekonomi Politikaları Vakfı (TEPAV) eksperti Burcu Gültekin Punsmann, 21.yüzyıl Türkiyə Enstitüsü bölüm başkanı dr. Ali Asker, Uluslararası Strateji Araşdırmalar Kurumu (USAK) analitiki Hasan Selim Özertem, Kavkas Stratejik Araştırmalar Mərkəzi (KAVKASSAM) başkanı dr. Hasan Oktay, Başkənt Universiteti Strateji Araşdırmalar Mərkəzi eksperti dr. Sadi Çayçı, ODTÜ KORA Başkan Yardımcısı ve öğretim üyesi Doç. Dr. Ayça ERGUN, “Cumhuriyet” qəzeti xarici siyasət müxbiri Bahadır Selim DİLEK, ATXƏM-in sədri İlham İsmayılov, ATXƏM-n sədr müavini Zeyqəm Süleymanov və Milli Güvenlik Kurulu Genel Sekreterliği rəsmiləri də iştirak ediblər.   Ətraflı

 
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi