ATXƏM “15 iyun – Milli Qurtuluş günü”nü Xocavənd rayonunda qaçqınlarla birgə keçirdi
(16 06 2010) | Baxılıb: 103 |
 
dsc03516k.jpg (335.91 Kb)dsc03498k.jpg (379.11 Kb)Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Xocavənd rayonunda İcra Hakimiyyətilə birgə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbir iştirakçılarını salamlayaraq, Qurtuluş günü münasibətiylə qonaqları təbrik etdi. E.Hüseynov bildirdi ki, 1988-1993-cü illərdə ölkəmizdə baş alıb gedən xaos və anarxiyaya 15 iyunda Ümummilli liderimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra son qoyuldu və ölkəmizdə hər sahədə quruculuq işləri başladı.   Ətraflı

 
  Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Bəyanatı
(3 06 2010) | Baxılıb: 72 |
 
Qəzza şəhərinə humanitar yük daşıyan gəmi karvanına edilən basqınla əlaqədar Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM)
Bəyanatı

logo_atxem3.jpg (24.39 Kb)
Bu ilin may ayının 31-də Qəzzaya – humanitar fəlakət zonasında mərhumiyyətlərdən əziyyət çəkən mülki əhaliyə yardım aparan gəmi karvanına İsrailin hərbi qüvvələri tərəfindən silahlı basqın edilmişdir. Müxtəlif dövlətlərin, o cümlədən Türkiyə Cumhuriyyətinin vətəndaşlarından ibarət «Mavi Mərmərə» gəmisinin sərnişinləri və heyəti qeyri-insani münasibətlərə, zorakılığa məruz qalmışlar. İsrailin ərazi sularından xeyli kənarda, neytral zonada törədilən cinayət nəticəsində xeyli dinc insan qətlə yetirilmiş və yaralanmışdır.   Ətraflı

 
  ATXƏM sədri İlham İsmayılov Ankarada bir sıra görüşlər keçirdi
(2 06 2010) | Baxılıb: 138 |
 
dsc_6281.jpg (371.86 Kb)May ayının 27-31-də Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov və geniş tərkibli nümayəndə heyəti bir sıra görüşlər keçirdi.
Keçiörən bələdiyyə başkanı Mustafa AKla görüşən nümayəndə heyəti Azərbaycan-Türkiyə arasındakı münasibətləri bir daha müzakirə etdilər.
Mustafa AK ATXƏM-in Türk dünyasında həyata keçirdiyi layihələrə böyük önəm verdiyini qeyd edərək, gələcəkdə belə layihələrin həyata keçirilməsində Ankaranın ən böyük bələdiyyəsi olan Keçiörən bələdiyyəsilə də ortaq layihələrin gerçəkləşə biləcəyinə diqqət çəkdi.   Ətraflı

 
  Ankarada Dağlıq Qarabağ probleminə həsr olunmuş Beynəlxalq Konfrans keçirildi
(1 06 2010) | Baxılıb: 170 |
 

150-dən çox sivil toplum kuruluşu (QHT) Dağlıq Qarabağla bağlı müraciət qəbul etdi

dsc03189k.jpg (331.31 Kb)dsc03191k.jpg (303.97 Kb)Mayın 29-da Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Türkiyə Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzilə (TÜRKSAM) birgə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Dağlıq Qarabağ probleminin həllində Türkdilli Dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması” layihəsi çərçivəsində Beynəlxalq Konfrans keçirdi.
Beynəlxalq Konfransda Türkiyədə fəaliyyət göstərən ictimai və diaspor təşkilatlarıyla yanaşı, millət vəkilləri, siyasi partiya nümayəndələri, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyinin əməkdaşları və konfliktlərin həlli ilə məşğul olan analitiklər iştirak edirdi.   Ətraflı

 
  Süleyman Dəmirəl Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığını vacib sayır
(1 06 2010) | Baxılıb: 131 |
 
dsc03073k.jpg (972.99 Kb)dsc03081k.jpg (359.33 Kb)May ayının 28-də Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov və geniş tərkibli nümayəndə heyəti 28 may – Respublika günü münasibətiylə Azərbaycanın Türkiyə Cümhuriyyətindəki böyükelçiliyinin düzənlədiyi rəsmi ziyafətə qatıldılar.
Rəsmi ziyafətdə Türkiyə Cümhuriyyətinin rəsmiləriylə yanaşı, Türkiyə Cümhuriyyətinin eski Cümhurbaşkanı Süleyman Dəmirəl, millət vəkilləri, Türkiyədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri və sivil toplum kuruluşlarının nümayəndələri də iştirak edirdi.   Ətraflı

 
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi