ATXƏM-in Orta Asiya üzrə nümayəndəliyi yaradıldı
(11 08 2010) | Baxılıb: 91 |
 
dsc04663.jpg (445.41 Kb)dsc04689.jpg (388.25 Kb) 11 avqust 2010-cu il tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) nizamnaməsinin 6.9 bəndi və ATXƏM İdarə Heyətinin 06 avqust 2010-cu ildə keçirilmiş iclasında qəbul olunmuş qərarlara əsasən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Orta Asiyada (Mərkəzi qərargahı Özbəkstan Respublikasının paytaxtı Daşkənd şəhəri olmaqla) nümayəndəliyi yaradıldı.
Nümayəndəliyin rəhbəri 8 ilə yaxın Özbəkstan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiyasının sədri olmuş Ağatalıbov Akif Ənvər oğlu təyin edildi. Akif Ağatalıbov ATXƏM-in Özbəkstanda rəsmi nümayəndəsi olmaqla yanaşı, həm də təşkilatın Orta Asiya üzrə koordinatorluğunu həyata keçirəcək.
Qeyd edək ki, sentyabrın 26-da Özbəkstan Respublikasının paytaxtı Daşkənt şəhərində ATXƏM-in Orta Asiya üzrə nümayəndəliyinin mərkəzi ofisinin açılış mərasimi keçiriləcəkdir.



ATXƏM-in Mətbuat xidməti   Ətraflı

 
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi